Pleyeri seçin:

Abşeronda kəskin qaz qoxusunun səbəbi nədir? | "Azəriqaz"dan açıqlama

24 noyabr 2025 537 baxış

Abşeron rayonu, “Gənclər Şəhərciyi”nin sakinləri ərazidəki kəskin qaz qoxusundan şikayətçidirlər.

Verilən məlumata əsasən, təhlükəsizlik səbəbi ilə əraziyə qazın verilişi tam dayandırılıb.

Sakinlər problemlə bağlı Baku TV-yə açıqlama veriblər.

“Burada qaz iyindən dayanmaq olmur. Məsələ ilə bağlı aidiyyəti quruma şikayət etsək də, problem həllini tapmayıb”, – onlardan biri narazılığını bildirib.

Digər bir vətəndaş isə belə deyib: “Burada yanğın hadisələri çox olub. Çoxdan belə qoxu yox idi. Hazırda isə kəskin şəkildə qaz iyi gəlir”.

Mövcud problemlə bağlı “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, qurumun əməkdaşları məsələ ilə bağlı adıçəkilən ərazidə olublar:

“Əməkdaşlarımızın təftişi nəticəsində məlum olub ki, bizim boru xəttimizə hansısa bir istiqamətdən kanalizasiya suları axıb. Bu isə digər qoxulardan fərqləndiyinə görə qaz iyi kimi qiymətləndirilib. Əməkdaşlarımız bütün sistemi, xətləri yoxladıqdan sonra hansısa bir sızmanın olmaması barədə qənaətə gəliblər. Hazırda ərazidə qazın verilişi normal səviyyədə davam etdirilir”.

Sakinlərin mövcud problemi ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən qeyd olunub ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır:

“İlkin ehtimallara görə sənaye müəssisələrindən kanalizasiya şəbəkəsinə daxil olan bəzi kimyəvi tərkibli tullantılar qoxunun ətrafa yayılmasına səbəb ola bilər. Həmin ərazidən nümunələr götürülüb və laboratoriya analizləri aparılır. Araşdırmalar yekunlaşandan sonra müvafiq tədbirlər görüləcək”.

Asfalt çatladı, yol sürücülər üçün təhlükəyə çevrildi | Quba–Qonaqkənd yolunda son durum - Baku TV

Asfalt çatladı, yol sürücülər üçün təhlükəyə çevrildi | Quba–Qonaqkənd yolunda son durum - Baku TV

Hadisə
22 sentyabr 2026 537 baxış
Maştağada partlayışa görə evə ziyan dəyib, iki nəfər xəsarət alıb

Maştağada partlayışa görə evə ziyan dəyib, iki nəfər xəsarət alıb

Hadisə
22 sentyabr 2026 537 baxış
COVID dövrünün sirri üzə çıxdı? - Qəbiristanlıqda qorxulu mənzərə - Baku TV CANLI

COVID dövrünün sirri üzə çıxdı? - Qəbiristanlıqda qorxulu mənzərə - Baku TV CANLI

Hadisə
22 sentyabr 2026 537 baxış
"Xəbəri olmadan mətbəxə girib, elə o anda..." | Maştağada qorxulu partlayış: 2 nəfər... - Baku TV

"Xəbəri olmadan mətbəxə girib, elə o anda..." | Maştağada qorxulu partlayış: 2 nəfər... - Baku TV

Hadisə
22 sentyabr 2026 537 baxış
TƏCİLİ: Maştağada fərdi yaşayış evində partlayış baş verdi - Baku TV CANLI

TƏCİLİ: Maştağada fərdi yaşayış evində partlayış baş verdi - Baku TV CANLI

Hadisə
22 sentyabr 2026 537 baxış
Bakıda ağır qəza: “Mercedes” yol kənarında dayanan “Kamaz”a çırpıldı - Baku TV

Bakıda ağır qəza: “Mercedes” yol kənarında dayanan “Kamaz”a çırpıldı - Baku TV

Hadisə
22 sentyabr 2026 537 baxış
Ağdaşda bədbəxt hadisə | Tir tüfəngi ilə qonşusuna xəsarət yetirdi - Baku TV

Ağdaşda bədbəxt hadisə | Tir tüfəngi ilə qonşusuna xəsarət yetirdi - Baku TV

Hadisə
22 sentyabr 2026 537 baxış
Lənkəranda mübahisə qanla bitdi | Yeniyetmə xəstəxanada həyatını itirdi - Baku TV

Lənkəranda mübahisə qanla bitdi | Yeniyetmə xəstəxanada həyatını itirdi - Baku TV

Hadisə
22 sentyabr 2026 537 baxış
Yeniyetmə döyüldü, xəstəxanada həyatını itirdi - 24 SAAT

Yeniyetmə döyüldü, xəstəxanada həyatını itirdi - 24 SAAT

Hadisə
21 sentyabr 2026 537 baxış
Ağdaşdakı silahlı insidentin təfərrüatları məlum oldu - Baku TV CANLI

Ağdaşdakı silahlı insidentin təfərrüatları məlum oldu - Baku TV CANLI

Hadisə
21 sentyabr 2026 537 baxış
Seçilmişlər
icon