Pleyeri seçin:

Abşerondakı dəhşətli cinayətin təfərrüatı | Meyitin basdırıldığı yer aşkarlandı

27 aprel 2024 590 baxış

Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir.

Aprelin 27-də Abşeron rayonu ərazisində 1984-cü il təvəllüdlü Zaur Seyfullayevin ölməsi barədə məlumat daxil olub.

Məlumat əsasında Abşeron rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən isti izlər əsasında peşəkarlıqla icra olunan təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Sərxan Əliyevin Abşeron rayonunun Məmmədli kəndi ərazisində yerləşən fərdi yaşayış evlərindən birində tanışı Zaur Seyfullayevlə spirtli içki qəbul etdikdən sonra aralarında yaranmış mübahisə zamanı sonuncuya yumruqla zərbə vurması nəticəsində onun yıxılaraq aldığı xəsarətdən ölməsi və bundan sonra zərərçəkmiş şəxsin meyitini basdırmasına əsaslı şübhələr müəyyən edilib.

Sərxan Əliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

Həmçinin Sərxan Əliyevin ilkin ifadəsi əsasında Zaur Seyfullayevin meyitinin basdırıldığı yer müəyyən olunaraq prokuror-kriminalist və ekspertin iştirakı çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Banner
Atatürk prospektində yanğın

Atatürk prospektində yanğın

Hadisə
16 noyabr 2026 590 baxış
Boru partladı, küçəni su basdı | Təmir-bərpa işləri nə vaxt başa çatacaq? - Baku TV

Boru partladı, küçəni su basdı | Təmir-bərpa işləri nə vaxt başa çatacaq? - Baku TV

Hadisə
16 noyabr 2026 590 baxış
Alovun genişlənməsinə imkan verilmədi | Hadisə yerindən ən son məlumat - Baku TV

Alovun genişlənməsinə imkan verilmədi | Hadisə yerindən ən son məlumat - Baku TV

Hadisə
16 noyabr 2026 590 baxış
Binəqədidə yerləşən obyektdə başlayan yanğına FHN qüvvələri cəlb olunub - Baku TV CANLI

Binəqədidə yerləşən obyektdə başlayan yanğına FHN qüvvələri cəlb olunub - Baku TV CANLI

Hadisə
16 noyabr 2026 590 baxış
Bakıda tanınmış restoranı alov bürüdü | FHN təcili hərəkətə keçdi - Baku TV

Bakıda tanınmış restoranı alov bürüdü | FHN təcili hərəkətə keçdi - Baku TV

Hadisə
16 noyabr 2026 590 baxış
Qədəşovun 14 milyon manat mənimsəyən kürəkəninə hökm oxundu - Baku TV

Qədəşovun 14 milyon manat mənimsəyən kürəkəninə hökm oxundu - Baku TV

Hadisə
16 noyabr 2026 590 baxış
Güclü külək qadının sonunu gətirdi | Xocasəndə faciəvi hadisə - Baku TV

Güclü külək qadının sonunu gətirdi | Xocasəndə faciəvi hadisə - Baku TV

Hadisə
16 noyabr 2026 590 baxış
637 balla universitetə qəbul olmuşdu: Yataqxanada ölən tələbə ilə bağlı yeni təfərrüat - Baku TV

637 balla universitetə qəbul olmuşdu: Yataqxanada ölən tələbə ilə bağlı yeni təfərrüat - Baku TV

Hadisə
16 noyabr 2026 590 baxış
1 uçuş aparatı, 21 kiloqram narkotik və 4 min psixotrop həb | Sərhəddə əməliyyatın detalları

1 uçuş aparatı, 21 kiloqram narkotik və 4 min psixotrop həb | Sərhəddə əməliyyatın detalları

Hadisə
16 noyabr 2026 590 baxış
Nəsimidə evdən çıxa bilməyən iki nəfərin köməyinə FHN çatdı - Baku TV CANLI

Nəsimidə evdən çıxa bilməyən iki nəfərin köməyinə FHN çatdı - Baku TV CANLI

Hadisə
16 noyabr 2026 590 baxış
Seçilmişlər
icon