Atam maşının “kapot”unda ola-ola... | Bakıdakı tükürpərdən hadisənin detalları
Sosial şəbəkələrdə paytaxtın Xətai rayonunda Şərur rayon sakini Firudin Bağırova qarşı xuliqanlıq edilməsinə dair görüntülər yayılıb.
Həmin görüntülərdə zərərçəkən Firudin Bağırovun qızı bir qrup şəxsin onların evinin qarşısına gələrək atası ilə münaqişə yaratdığını bildirib:
“Atamı danışmaq üçün çağırdılar, evdən çıxmadığı üçün qapımıza kimi gəldilər. İki avtomobillə məhəllədə fırlanırdılar. Maşınlardan biri yüksək sürətlə gələrək onu vurdu. Atam “kapot”un üstündə 50 metr məsafəyə qədər getdi, başı partladı, hər tərəfi yara içindədir”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, insident zamanı Rauf Şamxalov aralarında yaranan şəxsi mübahisə zamanı Firudin Bağırovu idarə etdiyi avtomobillə vuraraq xuliqanlıq hərəkətləri edib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi başlanılıb, iki nəfər şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalar davam etdirilir.
#Xətai rayonu teqi istifadə olunub
- “Həyət-bacada görünən adamlar deyildi” | Oğul ananı bıçaqladı? - Qonşu danışdı - Baku TV
- Qadın bıçaqlandı, oğlu saxlanıldı | Xətaidəki dəhşətli hadisənin detalları - Baku TV CANLI
- Xətaidə oğul 51 yaşlı ananı xəstəxanalıq etdi - Baku TV
- “Yazıq balalar...” | Xətaidəki faciənin detalları | “Düşüb üstünə, yorğanın tükü boğub...” - Baku TV
- Xətaidə qorxulu yanğın | Kişini ölümə aparan hadisə necə baş verib? - Baku TV CANLI
