Bakı-Qazax yolunda ağır qəza
Yeniliklərdən dərhal xəbərdar olun
Ucarda idarəetmədən çıxan avtomobil bir nəfərin ölümünə, üç nəfərin isə xəsarət almasına səbəb olub.
Hadisə Bakı-Qazax magistral yolunun rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, 31 yaşlı Mingəçevir sakini Nəsibova Səidə Nazim qızının idarə etdiyi “Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb.
Nəticədə avtomobildə olan 9 yaşlı Abdullayeva Aynişan Elnur qızı elə hadisə yerində dünyasını dəyişib. Sürücü Səidə Nəsibova, sərnişinlərdən 58 yaşlı Nəsibova Kəmalə Zabit qızı və 4 yaşlı Abdullayeva Rüqəyya Elnur qızı xəsarət alıb.
Yaralılar Kürdəmir və Ucar Rayon Mərkəzi Xəstəxanalarına aparılıb. Onların vəziyyəti orta ağır qiymətləndirilir.
Hazırda faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində istintaq araşdırmaları aparılır.
#Ucar teqi istifadə olunub
- Ucarda fermerlər, şirkətlər və dövlət qurumlarının nümayəndələri görüşür - Baku TV
- Ucarda ilk dəfə "Çəltik və Aqrar Biznes Festivalı" keçirilir - Baku TV
- Bakıya gedən sərnişin avtobusu Ucarda yandı | Avtomobillərin hərəkəti məhdudlaşdırıldı - Baku TV
- Şəkidən Bakıya gedən sərnişin avtobusu Ucarda yandı - 24 SAAT
- Qorxunc hadisənin yaşandığı evdən anbaan görüntülər | Ucarda ev külə döndü - Baku TV
