Pleyeri seçin:
Bakıda film kimi oğurluq | Gecə evə girdilər, sonra isə...
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda maskalanıb oğurluq edən şübhəlilər saxlanılıb.
Daxili İşlər Nazirliyindən bildirilib ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində naməlum şəxslər gecə saatlarında qəsəbə sakinlərinin birinin mənzilinə daxil olaraq 150 manat nağd pul, 7550 manat dəyərində qızıl-zinət əşyaları, 10 ədəd qol saatı və fotoaparat oğurlayıblar.
Oğurluq əməlini törətməkdə şübhəli bilinənlər–axtarışda olan 35 yaşlı Vüqar Tapdıqzadə və 33 yaşlı Orxan Nəcəfov saxlanılıblar.
Həmin şəxslər oğurluq zamanı mənzildə olan təhlükəsizlik kameralarına düşməmək üçün onun üzərini polietilen paketlə bağlayıblar və xüsusi hazırladıqları maskalardan istifadə ediblər.
Faktla bağlı araşdırma aparılır.
Kopyalandı
#Qaraçuxur qəsəbəsi teqi istifadə olunub
- Qaraçuxur qəsəbəsinin sakinləri şikayətçidir
- 10 ildir Qaraçuxur sakinlərinin gününü qara edən problem niyə həll edilmir? - Baku TV
- "Harada qalacaq bu camaat?" | Mənzil qalmaqalı böyüyür, sakinləri küçədə qoyan kimdir? - Baku TV
- "Burada ölən olsa..." - Vahimə içində qalan əhali: "Qorxumuzdan nə edəcəyimizi bilmirik" - Baku TV
- Taksi sürücüsünü amansızlıqla qətlə yetirdilər | 30 il əvvəl baş verən qətlin üstü açıldı - Baku TV
