Pleyeri seçin:

Bakıda məktəbin ətrafında manyak peyda oldu | "Kişi demək olmaz, pedofildir!"

07 aprel 2025 865 baxış

Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 104 nömrəli məktəbin ətrafında manyak peyda olub.

Valideynlər iddia edirlər ki, həmin şəxs bir neçə gün öncə sözügedən məktəbin içərisinə daxil olub və “mən qazi atasıyam” deyərək direktorla görüşmək istədiyini bildirib. Daha sonra isə içəridə qızlara əxlaqsız hərəkətlər etməyə çalışıb.

Həmin şəxs bir neçə gün sonra yenidən məktəbin yaxınlığında şagirdin qarşısını kəsib və ona da əxlaqsız hərəkətlər göstərib.

Məktəblinin valideyni bildirib ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət olunub:

“Orta yaşlı bir kişi irəlidə gedirmiş. Kişi də demək olmaz, pedofildir. Övladım deyir ki, əvvəlcə baxıb, heç nə başa düşməyib. İkinci dəfə baxanda artıq anlayıb. Kişi şalvarını aşağı çəkib, uşağa bəzi hərəkətlər edirmiş”.

104 nömrəli məktəbdən bildirilib ki, qeyd edilən məsələ ilə bağlı məktəb rəhbərliyinə valideynlərdə narahatlığa əsas verən konkret faktlar əsasında müraciət daxil olmayıb:

“Məktəbin iki gözətçisi var və təhsil ocağı 24 saat mühafizə olunur. Bundan əlavə, məktəbin daxili və həyətyanı sahəsini müşahidə etmək üçün 32 kamera mövcuddur”.

Daxili İşlər Nazirliyindən isə qeyd edilib ki, sosial şəbəkələrdə paylaşılan məktəb ətrafında bir nəfərin neqativ hərəkətləri ilə bağlı ajiotaj daşıyan məlumatlar polis əməkdaşları tərəfindən araşdırılıb.

“Həmin şəxs müəyyən olunaraq polis orqanına dəvət edilib. Araşdırmalarla xüsusi narahatedici halın baş vermədiyi müəyyənləşib. Hər iki tərəf verdikləri izahatda bunun anlaşılmazlıq olduğunu bildirib”, ‒ deyə məlumatda qeyd olunur.

Banner
Qazaxda məktəbli həmkəndlisini kürəyindən bıçaqlayaraq xəstəxanalıq etdi - Baku TV CANLI

Qazaxda məktəbli həmkəndlisini kürəyindən bıçaqlayaraq xəstəxanalıq etdi - Baku TV CANLI

Hadisə
05 noyabr 2026 865 baxış
Ailə faciəsinin arxasında nə dayanır? | Özünə də atəş açan şəxsin məhkəmə prosesi - Baku TV

Ailə faciəsinin arxasında nə dayanır? | Özünə də atəş açan şəxsin məhkəmə prosesi - Baku TV

Hadisə
05 noyabr 2026 865 baxış
Qazaxda mübahisə qanla bitdi | Səməd Vurğunun qohumu niyə bıçaqlandı? - Baku TV

Qazaxda mübahisə qanla bitdi | Səməd Vurğunun qohumu niyə bıçaqlandı? - Baku TV

Hadisə
05 noyabr 2026 865 baxış
Goranboyda bədbəxt hadisə | Şəhid anasının ölüm səbəbi nədir? - Baku TV

Goranboyda bədbəxt hadisə | Şəhid anasının ölüm səbəbi nədir? - Baku TV

Hadisə
05 noyabr 2026 865 baxış
“Elə ağılsız, qansız biri deyildi” | Qorxunc hadisə: 88 yaşlı qadın niyə canından oldu? - Baku TV

“Elə ağılsız, qansız biri deyildi” | Qorxunc hadisə: 88 yaşlı qadın niyə canından oldu? - Baku TV

Hadisə
04 noyabr 2026 865 baxış
Gəncədə görənləri dəhşətə gətirən hadisə - Baku TV CANLI

Gəncədə görənləri dəhşətə gətirən hadisə - Baku TV CANLI

Hadisə
04 noyabr 2026 865 baxış
ADSEA-da 3 milyonluq yeyinti | Sabiq vəzifəli şəxs hakim qarşısında - Baku TV

ADSEA-da 3 milyonluq yeyinti | Sabiq vəzifəli şəxs hakim qarşısında - Baku TV

Hadisə
04 noyabr 2026 865 baxış
Sumqayıtdakı ağır qəzanın şahidi gördüklərini danışdı - Baku TV CANLI

Sumqayıtdakı ağır qəzanın şahidi gördüklərini danışdı - Baku TV CANLI

Hadisə
04 noyabr 2026 865 baxış
Sumqayıtda dəhşətli qəza | İki avtomobil toqquşdu - Baku TV

Sumqayıtda dəhşətli qəza | İki avtomobil toqquşdu - Baku TV

Hadisə
04 noyabr 2026 865 baxış
KRİMİNAL sənədli xronika | Hər həftənin cümə günü Baku TV-nin "Youtube" kanalında

KRİMİNAL sənədli xronika | Hər həftənin cümə günü Baku TV-nin "Youtube" kanalında

Hadisə
03 noyabr 2026 865 baxış
Seçilmişlər
icon