Baş Prokurorluq əməliyyat keçirdi: saxlanılanlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Milli Hematologiya və Transfuziologiya Mərkəzində həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluqdan bildirilib.
İstintaqla müəyyən olunub ki, Süleyman Qubadlı 2022-2023-cü illər ərzində həqiqi hərbi xidmətdən yayınmaq üçün ona müraciət edən ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul alıb. Laborator müayinə üçün onlardan götürülən qan nümunələrini dəyişib və talassemiya daşıyıcısı olmalarına dair əldə etdiyi saxta nəticələri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabe qurumlarına təqdim edib. Beləliklə, həmin şəxslərin həqiqi hərbi xidmətdən yayınmalarını təşkil edib və digər qanunsuz hərəkətlər törədib.
Toplanan sübutlarla Süleyman Qubadlı Cinayət Məcəlləsinin qulluq mövqeyindən istifadə etməklə təkrar dələduzluq, rəsmi sənədləri saxtalaşdırma və qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırılmasını təşkil etmə maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
#Baş Prokurorluq teqi istifadə olunub
- Ağstafada sursat partlayışı | Bir nəfər həlak oldu, bir nəfər xəsarət aldı - Baku TV
- Gürcüstanda saxlanılan Azərbaycan vətəndaşı ölkəmizə ekstradisiya olundu - Baku TV
- Traktorla gedən Bərdə sakini Xocavənddə minaya düşdü - Baku TV CANLI
- Qanunsuz tikinti və deformasiyaya uğrayan konstruksiya | Faciənin səbəbləri nədir? - Baku TV
- Bakıda Azərbaycan və Rusiya baş prokurorlarının ikitərəfli görüşü keçirildi - Baku TV
