“Birdən oldu, özüm də inanmadım” | Sürücü ağır qəza ilə bağlı danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Masallıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə Ələt-Astara magistralının 131-ci kilometrliyində qeydə alınıb.
Lerikin Pirasora kənd sakini, 66 yaşlı Teyyub Bağırov idarə etdiyi “Nissan X-Trail” markalı minik avtomobili ilə hərəkətdə olarkən Bakı sakini olan piyada, 28 yaşlı Elçin Mustafayevi vurub və o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
“Birdən oldu, özüm də inanmadım. Maşını saxladım, qayıdanda gördüm ki, avtomobilə ziyan dəyib. Piyadanı heç görməmişdim. Soruşanda dedilər ki, piyadanı siz vurmusunuz”, – deyə sürücü Teyyub Bağırov bildirib.
Əraziyə aidiyyəti qurumların nümayəndələri cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Məlumata görə, hadisə nəticəsində ölən Elçin Mustafayevin dayısının maşını xarab olaraq yolda qalıb və mərhum onun yanına köməyə gedibmiş.
#Masallı teqi istifadə olunub
- Masallıda sakinlər pay torpaqlarının saxta sənədlərlə satıldığını iddia edirlər - Baku TV
- Ərkivanda 200 illik sirli əmanət və cehizlə başlayan böyük sərvət - KƏNDİNƏ QAYIT
- Kimya dərsi şagird üçün xəstəxanada bitdi - 24 SAAT
- “Sıçrayıb uşağımın üstünə, şərləyirlər ki...” | Məktəbdə qorxunc hadisə: günahkar kimdir? - Baku TV
- Şagird zədələndi, valideyn müəllimi günahlandırdı | Məktəbdə nə baş verdi? - Baku TV CANLI
