Çolaq eləyərdin onu… | Hövsanda bacısını qətlə yetirən şəxslə üzləşən qardaş
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Hövsan qəsəbəsində 46 yaşlı Könül Cəfərovanı boğaraq qətlə yetirməkdə təqsirləndirilən Kürdəmir rayon sakini Səbuhi Hüseynovun cinayət işinin məhkəmə baxış iclası keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı təqsirləndirilən şəxsə ittiham aktını elan edib. Hakim müttəhimə tövsiv olunan maddələri xatırladaraq ittiham olunduğu əmələ görə ömürlük azadlıqdan məhrum oluna biləcəyini deyib.
Təqsirləndirilən Səbuhi Hüseynov ona elan olunan ittihamla bağlı qismən özünü təqsirli bilərək Könül Cəfərovanı tamah məqsədilə deyil, ünvanına söyüş söydüyü üçün qətlə yetirdiyini deyib.
Təqsirləndirilən şəxs ifadəsi zamanı Könüllə ilk tanışlığının 6 il əvvələ təsadüf etdiyini bildirərək bu müddət ərzində ona maddi yardım gəstərərək yaxın münasibətdə olduğunu vurğulayıb. Onların sonuncu mübahisəsinə gəlincə isə bu, 50 manata görə baş verib.
Qeyd edək ki, ittiham aktına görə hadisə 2023-cü il avqustun 24-də Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Könül Cəfərovanın yaşadığı mənzildə meyitinin tapılması ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Hadisədən bir qədər sonra Kürdəmir rayon sakini 37 yaşlı Səbuhi Hüseynov 30-cu polis bölməsinə gedərək sözügedən cinayəti törətdiyini etiraf etməklə könüllü təslim olub. O, istintaqa ifadəsi zamanı Könülü əlləri ilə boğaraq qətlə yetirdiyini deyib. Həmçinin bildirib ki, bundan hirsi soyumadığından ölmüş qadının boğazına onun alt paltarını dolayaraq cansız bədəninə də işgəncə verib.
#Hövsan qəsəbəsi teqi istifadə olunub
- 6 mindən çox insanın yaşadığı Hövsan qəsəbəsində yol problemi
- “İnsanın ayağının altı deşilə-deşilə gedir” | Sakinləri məngənəyə salan problem - Baku TV
- Hövsandakı xeyir-şər evi qalmaqalının pərdəarxası | Rəsmi açıqlama - Baku TV
- Zeytun sovxozunda aparılan işlər etiraz doğurdu
- “Zibilliyə döndərmişdilər” | Hövsanda xeyir-şər evi qalmaqalı sakinləri özündən çıxardı - Baku TV
