Deyirdi, gəl, öz evimdə qal | Xırdalanda ailə münaqişəsinin dəhşətli sonu
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivində qeydə alınıb.
Məlumata görə, 39 yaşlı Anar Bayramov 34 yaşlı həyat yoldaşı Şəbnəm Həsənovaya bir neçə bıçaq zərbəsi vurub. Qadın qaçmaq istəsə də, əri onu küçənin ortasında yaxalayıb, daha bir neçə bıçaq zərbəsi endirib. Yaralı dərhal Kliniki Tibbi Mərkəzə çatdırılıb, vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
Qonşularının sözlərinə görə, qadın qonşuda qaldığı üçün əri bunu qəbul etməyib:
“Onlar əvvəllər çox mehriban idilər. Aralarındakı söz-söhbətlər son 2 ayın içində baş verdi. Qadın qonşuda qalırdı, əri öz evlərinə gəlməyini istəyirdi, yoldaşı içib onu narahat etdiyinə görə getmirdi. Əri də bunu qəbul etmədi”.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən Anar Bayramov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
#Bıçaqlanma hadisəsi teqi istifadə olunub
- Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV
- Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT
- Lənkəranda dəhşətli hadisə | Ana və övladı bıçaqlandı - 24 SAAT
- “Həyət-bacada görünən adamlar deyildi” | Oğul ananı bıçaqladı? - Qonşu danışdı - Baku TV
- Qadın bıçaqlandı, oğlu saxlanıldı | Xətaidəki dəhşətli hadisənin detalları - Baku TV CANLI
