Pleyeri seçin:

DSX sərhəddə hərəkətə keçdi | Təxribat barədə detallar məlum oldu

27 aprel 2025 808 baxış

İrandan Azərbaycana külli miqdarda narkotik keçirməyə cəhd edən 7 nəfərdən 1-i zərərsizləşdirilib, 3-ü saxlanılıb.

Bu barədə Dövlət Sərhəd Xidmətindən xəbər verilib.

Qeyd olunub ki, aprelin 26-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 7 nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilib.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucuları təqib edilib, havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb, silahlı müqavimət göstərərək sərhədçilərin həyatına qəsd etmək məqsədilə atəş açıblar.

Sərhəd naryadı tərəfindən Qanunun tələblərinə uyğun silah tətbiq edilərək sərhəd pozucularından biri hadisə yerində zərərsizləşdirilib, silahlı müqavimət göstərən digər 3 nəfər isə geriyə qaçmağa nail olub.

Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində digər 3 nəfər – Balakən rayon sakinləri, 27 yaşlı Rəcəb İbrahimov, 35 yaşlı İsa İsayev və 43 yaşlı Kamran Uzunov saxlanılıb.

Əraziyə baxış zamanı 3 ədəd bağlamada ümumi çəkisi 51 kiloqram 884 qram narkotik vasitəyə bənzər maddə və çox sayda psixotrop həb aşkar olunaraq götürülüb.

Baş vermiş hadisə ilə əlaqədar İranın sərhəd nümayəndələri ilə görüş keçirilib.

Fakt üzrə Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq tərəfindən zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəstəxanaya düşən 20-dən çox şagirdlə bağlı təcili məlumat - Baku TV CANLI

Xəstəxanaya düşən 20-dən çox şagirdlə bağlı təcili məlumat - Baku TV CANLI

Hadisə
02 oktyabr 2026 808 baxış
Sumqayıt məktəbində kütləvi zəhərlənmə | Şagirdlər təcili xəstəxanaya çatdırıldı - Baku TV

Sumqayıt məktəbində kütləvi zəhərlənmə | Şagirdlər təcili xəstəxanaya çatdırıldı - Baku TV

Hadisə
02 oktyabr 2026 808 baxış
"Hamilə vaxtı döydü, uşaq öldü" | Məşhur rəqqas Nicat barədə şok | “Atası dedi ki, arvadını öldür”

"Hamilə vaxtı döydü, uşaq öldü" | Məşhur rəqqas Nicat barədə şok | “Atası dedi ki, arvadını öldür”

Hadisə
02 oktyabr 2026 808 baxış
Coratda kişi 31 yaşlı arvadını amansızlıqla öldürdü - Baku TV CANLI

Coratda kişi 31 yaşlı arvadını amansızlıqla öldürdü - Baku TV CANLI

Hadisə
02 oktyabr 2026 808 baxış
Cəlilabadda evi külən dönən ailə çarəsiz durumda - Baku TV CANLI

Cəlilabadda evi külən dönən ailə çarəsiz durumda - Baku TV CANLI

Hadisə
02 oktyabr 2026 808 baxış
Cəlilabadda fərdi yaşayış evində yanğın olub | "Bir dənə canımız salamatdır" - Baku TV

Cəlilabadda fərdi yaşayış evində yanğın olub | "Bir dənə canımız salamatdır" - Baku TV

Hadisə
02 oktyabr 2026 808 baxış
Coratda ailə faciəsi | Qadın yoldaşı tərəfindən öldürüldü - Baku TV

Coratda ailə faciəsi | Qadın yoldaşı tərəfindən öldürüldü - Baku TV

Hadisə
02 oktyabr 2026 808 baxış
Ağstafada müəllimlər arasında yaranan mübahisə xəsarətlə nəticələndi - 24 SAAT

Ağstafada müəllimlər arasında yaranan mübahisə xəsarətlə nəticələndi - 24 SAAT

Hadisə
01 oktyabr 2026 808 baxış
Şad günün acı sonluğu | Toydan sonra restorana məhdudiyyət qoyuldu - Baku TV

Şad günün acı sonluğu | Toydan sonra restorana məhdudiyyət qoyuldu - Baku TV

Hadisə
01 oktyabr 2026 808 baxış
“Dedi, səni çatladaraq öldürəcəyəm” | Müəllimlər əlbəyaxa dava edib? | Məktəbdə qalmaqal - Baku TV

“Dedi, səni çatladaraq öldürəcəyəm” | Müəllimlər əlbəyaxa dava edib? | Məktəbdə qalmaqal - Baku TV

Hadisə
01 oktyabr 2026 808 baxış
Seçilmişlər
icon