Eyni ərazidə öncə yük maşınları, sonra avtobuslar toqquşdu
Yeniliklərdən dərhal xəbərdar olun
Gecə saatlarında Ucarda eyni ərazidə 2-ci qəza baş verib. Bakı-Qazax əsas magistral yolunun rayonun Küçəkənd kəndindən keçən hissəsində iki ağırtonnajlı yük avtomobilinin toqquşduğu ərazidə daha bir yol nəqliyyat hadisəsi baş verib.
Belə ki, 1985-ci il təvəllüdlü Elturan Məhəmmədəli oğlu Cəbrayılov idarə etdiyi mikroavtobusla Gəncə istiqamətində hərəkətdə olarkən qəza törədən yük avtomobillərini yol kənarında görüb və sürəti azaldıb. Arxadan gələn digər iritutumlu avtobus mikroavtobusa çırpılıb.
Nəticədə 16 nəfər – 41 yaşlı Zamin Zamanov, 29 yaşlı Cavid İbrahimov, 41 yaşlı Səbinə Niftaliyeva, 57 yaşlı Gülgəz Şirinova, 39 yaşlı Sevda Kərimova, 36 yaşlı Kamalə Əzizova, 46 yaşlı Səxavət İsmayılova, 38 yaşlı Elturan Cəbrayılov, 35 yaşlı Gülnar Qasımova, 31 yaşlı Azad Məmmədov, 45 yaşlı Elnarə İbrahimova, 39 yaşlı Xəyalə Kərimova, 53 yaşlı Fərqanə Rüstəmova, 50 yaşlı Sevinc Rüstəmova, 44 yaşlı Şəfəq Lətifova və 31 yaşlı Nigar Əlirzayeva müxtəlif xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Xəstəxanadan verilən məlumata görə, zərərçəkənlərin vəziyyətləri qənaətbəxş olduğundan onlar ambulator müalicəyə göndəriliblər.
#Ucar teqi istifadə olunub
- Ucarda fermerlər, şirkətlər və dövlət qurumlarının nümayəndələri görüşür - Baku TV
- Ucarda ilk dəfə "Çəltik və Aqrar Biznes Festivalı" keçirilir - Baku TV
- Bakıya gedən sərnişin avtobusu Ucarda yandı | Avtomobillərin hərəkəti məhdudlaşdırıldı - Baku TV
- Şəkidən Bakıya gedən sərnişin avtobusu Ucarda yandı - 24 SAAT
- Qorxunc hadisənin yaşandığı evdən anbaan görüntülər | Ucarda ev külə döndü - Baku TV
