FHN qəbiristanlıqda tapılan silah-sursatın görüntülərini yaydı
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonu ərazisindəki qəbiristanlıqlardan birində hərbi sursatın basdırılması barədə məlumat daxil olub.
FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı basdırılmış sursatların döyüş tətbiqinə yararlı 1 ədəd “Makarov” tipli tapança, 1 ədəd RQN əl qumbarası və partladıcısı olduğu müəyyən edilib.
Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
#Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) teqi istifadə olunub
- FHN və "Azneft" təhlükəli obyektlərdə nəzarətin gücləndirilməsini müzakirə etdi - Baku TV
- Abşeronda evdə partlayış: yaralıların vəziyyəti haqqında TƏBİB-dən açıqlama - Baku TV CANLI
- Yanğınsöndürənlərin gərgin mübarizəsi davam edir - Baku TV
- Sel və daşqın təhlükəsi: FHN-dən xəbərdarlıq! - Baku TV CANLI
- Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV
