Fikrət Quliyev nədə ittiham olunur? | Məhkəmənin detalları üzə çıxdı
Yeniliklərdən dərhal xəbərdar olun
Yeni Suraxanı bələdiyyəsinin sabiq sədri Fikrət Quliyevin cinayət işinin yekun məhkəmə iclası keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən yekun prosesdə dövlət ittihamçısı Fikrət Quliyevin 11 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib. Çıxışlardan sonra növbəti proses iyunun 25-nə təyin edilib.
Xatırladaq ki, istintaqı zamanı Fikrət Quliyevin Yeni Suraxanı bələdiyyəsinin sədri vəzifəsində işləyərkən vətəndaşlara torpaq sahələrinin ayrılması, tikinti işlərinin aparılması və digər məqsədlərlə çoxsaylı şəxsdən külli miqdarda pul vəsaitini rüşvət qismində almasına və digər qanunazid əməllər törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında ona Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (rüşvət alma təkrar və külli miqdarda törədildikdə), 312-1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilməklə barəsində həbs qətimkan tədbiri seçilib.
#Bakı Ağır Cinayətlər Məhkəməsi teqi istifadə olunub
- Ailə faciəsinin arxasında nə dayanır? | Özünə də atəş açan şəxsin məhkəmə prosesi - Baku TV
- Bakı Ağır Cinayətlər Məhkəməsində beynəlxalq terror şəbəkəsinə qoşulanlara sərt hökm - ƏSAS XƏBƏR
- Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV
- Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV
- Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV
