Gəncədə film kimi hadisə | DİN-dən təcili açıqlama
Sosial şəbəkələrdə Azərbaycanda bir nəfər şəxsin yolda hərəkətdə olan avtomobillərə silah tuşlamasını əks etdirən görüntüləri yayılıb.
Oyuncaq olması ehtimal edilən silahı hərəkətdə olan nəqliyyat vasitələrinə tuşlayan şəxs gərginliyə səbəb olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məsələ ilə bağlı sorğumuza cavab olaraq bildirilib ki, görüntülər bir müddət əvvəl Gəncə şəhərində qeydə alınıb:
“Şəxsin oyuncaq silahla avtomobillərin qarşısını kəsməsini əks etdirən görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb. Həmin şəxsin əqli qüsurlu şəhər sakini Əli Gülməmmədov olması müəyyən edilib.
Şəxs və onun valideyni ərazi üzrə polis şöbəsinə dəvət olunaraq profilaktiki söhbət aparılıb”.
Həmçinin bildirilib ki, polis sözügedən şəxsin ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirilməsi üçün aidiyyəti dövlət qurumlarına müraciət edib.
#Gəncə teqi istifadə olunub
- "Bu küçə qan çanağı olub!" | Sakinlər dəhşət içində | "Hamımız xəstəlik tutmuşuq" - Baku TV
- Tez-tez qəzaların baş verdiyi ərazidə tədbir görülmür? - Baku TV CANLI
- Oğul anasını 5 bıçaqla qətlə yetirdi? - “Tez-tez vururdu, içəridən səs gəldi ki...” - Baku TV
- "Bağlayıb, əlində bıçaqla mağazadan qaçıb" | Gəncədə qandonduran hadisə - Baku TV
- "Gecə cumur, heç kim yaxın durmur" | Əhalinin əsəbi tarıma çəkildi: "Ayaqaltında qalmışıq" - Baku TV
