Goranboyda iki nəfər bıçaqlandı | 22 yaşlı gənc saxlanıldı - Baku TV
Goranboyda 2 nəfər bıçaqlanıb.
Hadisə rayonun Azad kəndində qeydə alınıb.
Məlumata görə, 22 yaşlı İlkin Cəfərov həmkəndliləri – Vüsal İsmayılov və Adil Məmmədova kəsici-deşici alətlə xəsarət yetirib.
“Axşam gördüm ki, oğlum maşında oturub telefonla oynayır. Adili bıçaqlayan gəncin qardaşı da yanında oturmuşdu. Bir saat keçdikdən sonra oğlumun maşının içində olmadığını gördüm. Zəng edib “stadiona çıx, gəlirik” deyiblər. İki bıçaq yarası alıb, biri arxadan, digəri isə ürəyinin altından. Deyilənə görə, aralarında mübahisə olub”, – Adil Məmmədovun atası deyib.
Daxili İşlər Nazirliyindən bildirilib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Vüsal İsmayılova və Adil Məmmədova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Goranboy rayon sakini İlkin Cəfərov saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalar davam etdirilir.
#Goranboy teqi istifadə olunub
- "Ayıb olsun, evimdəkini söküb gətirərəm sənə!" - Qalmaqal: sabiq direktor nələri açıqladı? - Baku TV
- Goranboyda silah anbarı yandı | Sakinlər ərazidən təhlükəsiz çıxarıldı - 24 SAAT
- "Biz başa düşənə qədər hamısı gəldi" | Goranboydakı qorxulu hadisə barədə detallar - Baku TV
- Goranboyda sursat anbarında güclü yanğın | Hadisə ilə bağlı təcili tədbirlər görüldü - Baku TV
- Goranboyda ağır qəza | Mislə dolu yük maşını arakəsmələrə çırpıldı - ANA XƏBƏR
