Hamama girən qadın dəhşət yaşadı | “Yaddaşı zəifdir, bağlayıb, sonra...” - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Qazax şəhərinin Heydər Əliyev prospektində yerləşən yaşayış evində partlayış baş verib.
Hadisə nəticəsində ev sahibi, 73 yaşlı Sədaqət Əliyeva hamam otağında yerləşən sobanın partlaması səbəbindən yanıq xəsarətləri alıb.
“Paltarını götürüb hamama getdi. Mən də mətbəxdə oturub çay içirdim. Birdən güclü partlayış səsi eşitdim. Qazı bağlayıb, sonra içəri soyumasın deyə yenidən açıb. Bu səbəbdən otağa qaz dolub. Yaddaşında zəiflik var idi”, – xəsarətalan şəxsin həyat yoldaşı bildirib.
Qazax Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, yaralı Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
“1953-cü il təvəllüdlü şəxsə üz nahiyəsinin 3-cü və bədənin müxtəlif nahiyələrinin 2-ci dərəcəli termiki yanığı diaqnozu təyin edilib. Zəruri tibbi yardım göstərildikdən sonra xəstə Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir”, – məlumatda qeyd olunub.
Daha sonra vəziyyəti ağır olan yaralı paytaxt xəstəxanalarından birinə köçürülüb.
Qeyd edək ki, partlayış baş verən ünvana Fövqəladə Hallar Nazirliyi və “Azəriqaz” İstehsalat Birliyinin regional bölmələrinin əməkdaşları baxış keçiriblər. Hadisənin başvermə səbəbləri araşdırılır.
#Qazax teqi istifadə olunub
- Qazaxda 36 yaşlı kişi evdəki partlayışın qurbanı oldu - Baku TV
- Evdə güclü partlayış | Qazaxdakı dəhşətə gətirən hadisənin detalları - Baku TV CANLI
- “Söhbət toyda başlayıb, nə olubsa...” | 17 yaşlı şagird 20 yaşlı oğlanı niyə bıçaqladı? - Baku TV
- "Neçəsini kürəkənim tutub, pul verib ki..." | Əhali dəhşət içində yaşamaqdan təngə gəlib - Baku TV
- "Bu bizim üçün təhlükədir" | Sakinlərin etirazına səbəb olan YDM tikintisi - Baku TV
