Pleyeri seçin:

Həkim Azər Maqsudovun məhkəməsi keçirildi

21 iyun 2024 697 baxış

Bakıda türkoloq alim Arif Acaloğlunu avtomobillə vurub öldürməkdə təqsirləndirilən tanınmış həkim, baş toksikoloq Azər Maqsudovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Sabunçu Rayon Məhkəməsinin hakimi Anar Rzayevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən Azər Maqsudovun anket məlumatları dəqiqləşdirildikdən sonra zərərçəkənin hüquqi varisinin vəkilləri məhkəməyə baş toksikoloqa qarşı 400 min manatlıq mülki iddia və əmlakına həbs qoyulması ilə bağlı vəsatət təqdim edib.

Qısa müşavirədən sonra məhkəmə zərərçəkmişin vəkillərinin vəsatətləri ilə bağlı qərar qəbul edib. Vərəsələrə zərər ödənilmədiyindən verilmiş mülki iddia icraata qəbul edilsə də, təqsirləndirilən şəxsin əmlakına həbs qoyulması ilə bağlı vəsatət təmin edilməyib.

Məhkəmənin növbəti iclası iyulun 4-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2023-cü il noyabrın 15-də paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb. Paytaxt sakini Azər Maqsudov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 1956-cı il təvəllüdlü Arif Acaloğlunu vurub. O, xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törətməkdə təqsirləndirilən Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudova qarşı Cinayət Məcəlləsinin yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması – ölümlə nəticələndikdə maddəsi ilə ittiham irəli sürülüb.

Banner
Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 697 baxış
Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Hadisə
28 oktyabr 2026 697 baxış
Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 697 baxış
Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Hadisə
28 oktyabr 2026 697 baxış
Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Hadisə
28 oktyabr 2026 697 baxış
Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Hadisə
28 oktyabr 2026 697 baxış
Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Hadisə
28 oktyabr 2026 697 baxış
Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Hadisə
27 oktyabr 2026 697 baxış
"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

Hadisə
27 oktyabr 2026 697 baxış
"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

Hadisə
27 oktyabr 2026 697 baxış
Seçilmişlər
icon