Pleyeri seçin:
İranla sərhəddə nə baş verdi? - DSX-dən vacib məlumat
Ölkə ərazisinə narkotik vasitələri keçirməyə cəhd edən şəxs saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətində naməlum şəxsin dövlət sərhədini pozması müşahidə edilib.
Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb, sərhəd pozucusu sərhəd naryadı tərəfindən saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxsin İran vətəndaşı 1983-cü il təvəllüdlü Ağaməhəmməd Tohid Mirməhəbbətəli olması müəyyən edilib və üzərindəki bağlamadan 6 kiloqram 275 qram narkotik vasitə aşkar olunaraq götürülüb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Kopyalandı
#Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti teqi istifadə olunub
- DSX əməliyyat keçirdi | Qaçaqmalçılığın qarşısı alındı - Baku TV CANLI
- Dövlət Sərhəd Xidməti İranla sərhəddə təcili əməliyyat keçirdi - Baku TV CANLI
- İlham Əliyev DSX-nin bir sıra hərbi qulluqçularını təltif etdi - Baku TV
- DSX məlumat yaydı: Hava sərhədini pozan PUA məhv edildi - ANA XƏBƏR
- DTX İrana işləyən terrorçuların "başını əzdi" - 24 SAAT
