İstədiyi qızı almadığı üçün anasını öldürüb?
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeronda oğul öz anasını amansızlıqla qətlə yetirib. Hadisə Xırdalan şəhər Heydər Əliyev prospektindəki fərdi yaşayış evlərinin birində baş verib.
Qeyd edək ki, həmin ünvanda yaşayan 49 yaşlı Mehriban Hüseynzadənin xüsusi amansızlıqla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Araşdırmalarla cinayət əməlinin qadının oğlu, 25 yaşlı Orxan Hüseynzadə tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub. Onun anasına çoxsaylı bıçaq xəsarətləri yetirərək qətlə yetirdiyi bildirilir.
Polis əməkdaşları tərəfindən Orxan Hüseynzadə tutularaq istintaqa təhvil verilib. Hadisəyə səbəb kimi ananın oğluna istədiyi qızı almaması göstərilir. Hadisə baş verən an Orxanın atası işdə, yeganə bacısı isə Bakıda olub.
Məlumat üçün bildirək ki, oğlu tərəfindən qətlə yetirilən Mehriban Hüseynzadə Abşeron rayon Mehdiabad qəsəbəsində məktəblərin birində müəllim işləyirmiş. Faktla bağlı araşdırmalar davam etdirilir.
#Abşeron teqi istifadə olunub
- Novxanı sakinlərinin həyətlərini qrunt suları basdı - Baku TV
- Uşaq əyləncə mərkəzində yanğın | FHN-dən hadisə ilə bağlı məlumat - Baku TV
- Söyüşlər havada "uçuşdu" | Qobuda torpaq alıb ev tikdi, yolunu bağladılar - Baku TV
- Abşeronda dəhşətli yol qəzası baş verdi | 2 nəfər həyatını itirdi - Baku TV
- "Dedilər ki, mətbəxdə qısaqapanma olub" | Abşeronda yaşayış binasında yanğın baş verib - Baku TV
