İtlərin hücumuna məruz qalan turist necə xilas edildi? - Baku TV
Avqustun 29-da Şəki rayonunun dağlıq ərazisində Niderland vətəndaşı itlərin hücumuna məruz qalaraq ağır xəsarətlər alıb.
Hadisə Baş Zəyzid kəndinin “Kələngəz yaylağı” kimi tanınan ərazisində, dəniz səviyyəsindən təxminən 2 000 metr yüksəklikdə baş verib.
İlkin məlumata görə, turist avqustun 26-da Frankfurt-Bakı aviareysi ilə Azərbaycana gəlib. Avqustun 29-da səhər saatlarında turizm məqsədilə piyada yürüşə çıxan Niderland vətəndaşı “Kələngəz yaylağı” istiqamətində hərəkət edərkən bir neçə itin hücumuna məruz qalıb.
Saat 17 radələrində onun köməyə ehtiyacı olduğu barədə Dövlət Sərhəd Xidmətinin Şəki Sərhəd Dəstəsinə məlumat daxil olub.
Çətin dağlıq relyef və qaranlıq hava şəraitinə baxmayaraq, DSX-nin xüsusi Hava Əməliyyatları Qüvvələrinin helikopteri ilə əraziyə tibb heyəti və xilasetmə qrupu göndərilib. Başından və bədənindən çoxsaylı açıq yara alan turistə hadisə yerində ilkin tibbi yardım göstərilib və helikopterlə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Sakinlərin sözlərinə görə, ərazidə itlərin sahibsiz, yaxud çoban itləri olması hələlik məlum deyil.
#Şəki teqi istifadə olunub
- Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şəkiyə mediatur təşkil olunub - Baku TV
- Çobanlıq edən üç uşaq atasının torpaq problemi - "Ortada qalmışam" - Baku TV
- “Qazanda elə şeylər gördük ki...” | Yerin altında qorunan bu muzey niyə dünyada unikaldır? - Baku TV
- "Uşaqlarım qonşunun evindədir" | Həyətləri su altında qalan sakinlər çıxış yolu axtarırlar - Baku TV
- "Bura iflic vəziyyətdədir" - Şirinbulaqda qaz problemi | "Bir balonunu 45 manata..." - Baku TV
