Kiberpolisdən əməliyyat | Onlayn qumar şəbəkələri barədə görün nələr üzə çıxdı
Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən onlayn qumar və mərc oyunlarının qanunsuz şəbəkələrinə qarşı əməliyyat-texniki tədbirlər həyata keçirilib. Əməliyyatlar zamanı qeyri-qanuni fəaliyyətlə məşğul olan Həsən Səbili, Orxan İbrahimli, Taleh Ağayarov, Salman Cəfərov və Rauf Hüseynov daxil olmaqla bir neçə şəxs saxlanılıb.
Bu şəxslər ölkədən kənarda yaradılmış "7isles", "fastloto.com", "chcplay.net" kimi saytların idarəçiləri ilə əlbir olaraq sosial şəbəkələrdə "Ambassasdor", "Kazino 555" və s. səhifələr vasitəsilə yerli vətəndaşları mərc oyunlarına cəlb ediblər. Saxlanılan şəxslərin ofislərində elektron sübutlar, bank kartları və mobil nömrələr aşkar edilib. Cinayət işi Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılıb.
#Daxili İşlər Nazirliyi teqi istifadə olunub
- DİN əməkdaşlarının şücaəti suverenliyin bərpasında mühüm rol oynadı - Baku TV
- DİN antiterror əməliyyatında iştirakı ilə bağlı paylaşım etdi - Baku TV
- Türkiyə mediasında yayılan məlumata DİN-dən rəsmi açıqlama - Baku TV
- Şirvanda oğurluq hadisəsi | 35 yaşlı şübhəli saxlanıldı - Baku TV
- Hövsan yolunda xaos | Əks zolağa çıxan sürücülər hərəkəti iflic etdi - Baku TV
