Pleyeri seçin:
Lənkəranda iş adamının maşını ağaclara və dirəklərə çırpıldı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəranda ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə rayonun Vilvan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Xarxatan kənd sakini, 56 yaşlı Natiq Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı ağaclara və elektrik dirəklərinə çırpılıb. Zərbənin təsirindən avtomobilin mühərriki yerindən çıxıb və təqribən 100 metr aralı düşüb. Avtomobil deformasiyaya uğrayıb. Sürücü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.
Qeyd edək ki, qəzada ölən N.Məmmədov Lənkəranda iş adamı kimi tanınırdı. O, yanacaqdoldurma məntəqəsinin sahibi olub. Faktla bağlı araşdırma aparılır.
Kopyalandı
#Lənkəran teqi istifadə olunub
- Ölümdən qurtardığı nadir quş sakini heyrətləndirdi | “Başqa quşu yaxına buraxmır, ancaq özü...”
- “Əşyaları yığmışıq, bilmirik ki, haraya gedək” | 5 ailənin qaldığı binada nə baş verir? - Baku TV
- “Bu meyvələri sata bilmərik, atmalı olacağıq” | Fermerlər niyə bu qədər ziyana düşdü? - Baku TV
- Fermerlər çətin vəziyyətdə | Lənkəranda meyvə bağlarına ciddi ziyan vuran hadisə - Baku TV CANLI
- Dron hücumunun qurbanı olan Lənkəran sakini dəfn olundu - Baku TV
