Məhkəmə niyə təxirə salındı? | Təcridxanada faciəvi son - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Hövsan qəsəbəsində qətl törətməkdə təqsirləndirilən Emil Hüseynovun cinayət işi üzrə keçirilməsi nəzərdə tutulan məhkəmə prosesi onun ölüm səbəbi ilə təxirə salınıb.
Bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanova məlumat verib.
O, təqsirləndirilən şəxsin səhəti ilə əlaqədər 1 saylı Bakı İstintaq Təcridxanasında Müalicə müəssisəsinə köçürüldüyünü və bir neçə gün əvvəl orada həyatını itirdiyini bildirib.
Qeyd edək ki, Emil Hüseynovun təqsirləndirildiyi hadisə 2025-ci il avqustun 20-də Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində baş verib. Onun qəsəbədə kirayədə yaşayan 31 yaşlı Rasim Laryonovu mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Emil Hüseynovun məhkəmədəki ifadəsindən məlum olub ki, o, hadisəni azyaşlı oğluna görə törədib. Səbəb Rasim Laryonovun onun 14 yaşlı yeniyetmə oğlu ilə münasibət yaradaraq ailəsindən uzaqlaşdırması olub. Emilin övladı artıq 1 ildən artıq idi ki, Rasim Laryonovla birlikdə yaşayırdı.
Məlumata görə, qətlə yetirilən Rasim Laryonov əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə həbsdə olub.
#Hövsan qəsəbəsi teqi istifadə olunub
- 6 mindən çox insanın yaşadığı Hövsan qəsəbəsində yol problemi
- “İnsanın ayağının altı deşilə-deşilə gedir” | Sakinləri məngənəyə salan problem - Baku TV
- Hövsandakı xeyir-şər evi qalmaqalının pərdəarxası | Rəsmi açıqlama - Baku TV
- Zeytun sovxozunda aparılan işlər etiraz doğurdu
- “Zibilliyə döndərmişdilər” | Hövsanda xeyir-şər evi qalmaqalı sakinləri özündən çıxardı - Baku TV
