Pleyeri seçin:

Məşhur klinikanın rəhbəri arvadına dəhşət yaşatdı | Hadisə şahidi hər şeyi danışdı

16 iyul 2025 653 baxış

Bakının Yasamal rayonunda güllələnmə hadisəsi baş verib.

Belə ki, Vasif Kərimov adlı şəxs ailə münaqişəsi zəminində həyat yoldaşını ov tüfəngi ilə güllələyib. Qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisə şahidlərindən biri yaşananları belə təsvir edib:

“Vasif bizim binanın 14-cü mərtəbəsində yaşayır. Sarsılmış halda yanıma gəlib dedi ki, yoldaşımı vurmuşam, kömək edin. Qaçıb hadisə yerinə getdik, qadın maşınların yanında uzanmışdı, yerdə qan var idi. Polis gələndən sonra maşının arxasına baxdılar, tüfəng orada idi”.

TƏBİB-dən verilən məlumata görə, iyulun 16-sı saat 13:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu ərazisindən təcili çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb edilib. 1987-ci il təvəllüdlü qadına zəruri tibbi xidmət göstərilib və qarının ön divarının deşilmiş yarası diaqnozu ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub.

Oxu.az-ın məlumatına görə, hadisəni törədən şəxs Bakıdakı özəl klinikalardan birinin rəhbəridir.

Baş Prokurorluqdan Baku TV-yə verilən məlumatda isə qeyd olunub ki, 1987-ci il təvəllüdlü Fərqanə Kərimovanın xəsarətlər alması barədə Yasamal Rayon Prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1986-cı il təvəllüdlü Vasif Kərimovun silahdan atəş açaraq arvadı Fərqanə Kərimovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanıb. Vasif Kərimov iş üzrə şübhəli şəxs qismində saxlanılıb. Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Banner
Yeraltı keçidin yaxınlığında yolu keçməyə çalışan piyada avtomobil vurub - Baku TV

Yeraltı keçidin yaxınlığında yolu keçməyə çalışan piyada avtomobil vurub - Baku TV

Hadisə
14 noyabr 2026 653 baxış
Yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücüyə ağır cəza verilib - Baku TV

Yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücüyə ağır cəza verilib - Baku TV

Hadisə
14 noyabr 2026 653 baxış
Gürcüstanda saxlanılan Azərbaycan vətəndaşı ölkəmizə ekstradisiya olundu - Baku TV

Gürcüstanda saxlanılan Azərbaycan vətəndaşı ölkəmizə ekstradisiya olundu - Baku TV

Hadisə
14 noyabr 2026 653 baxış
Şəhərin mərkəzində yol çökdü: Qəzanın səbəbi açıqlandı - Baku TV

Şəhərin mərkəzində yol çökdü: Qəzanın səbəbi açıqlandı - Baku TV

Hadisə
14 noyabr 2026 653 baxış
Sağlamlıq mərkəzinin əməkdaşları hakim qarşısında - Baku TV

Sağlamlıq mərkəzinin əməkdaşları hakim qarşısında - Baku TV

Hadisə
13 noyabr 2026 653 baxış
Nərimanovda baş verən kütləvi davanın təfərrüatı məlum oldu - 24 SAAT

Nərimanovda baş verən kütləvi davanın təfərrüatı məlum oldu - 24 SAAT

Hadisə
13 noyabr 2026 653 baxış
"Qardaşı gəlib kafenin içərisində bıçaqlayıb getdi" | Tovuzda baş verən hadisənin təfərrüatı

"Qardaşı gəlib kafenin içərisində bıçaqlayıb getdi" | Tovuzda baş verən hadisənin təfərrüatı

Hadisə
13 noyabr 2026 653 baxış
Tələbələrin fotolarını montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb

Tələbələrin fotolarını montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb

Hadisə
13 noyabr 2026 653 baxış
Sağlamlıq mərkəzinin əməkdaşları hakim qarşısında - Baku TV CANLI

Sağlamlıq mərkəzinin əməkdaşları hakim qarşısında - Baku TV CANLI

Hadisə
13 noyabr 2026 653 baxış
Tələbələri şantaj edən şəxs saxlanıldı | DİN-dən sosial şəbəkə istifadəçilərinə çağırış - Baku TV

Tələbələri şantaj edən şəxs saxlanıldı | DİN-dən sosial şəbəkə istifadəçilərinə çağırış - Baku TV

Hadisə
13 noyabr 2026 653 baxış
Seçilmişlər
icon