Pleyeri seçin:
Mingəçevirdə iki nəfəri gün vurdu
Mingəçevirdə iki nəfəri gün vurub.
Hadisə Mingəçevir su anbarında, çimərliklərdən birində qeydə alınıb.
Şəmkir rayonundan sərinləmək üçün gələn dostların qəfil halları pisləşib. Onlar təcili yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb. Hər iki şəxsə tibbi yardım göstərilib. Vəziyyətlərinin stabil olduğu bildirilir.
Qeyd edək ki, son bir neçə gündə Aran bölgəsində temperaturun həddindən artıq yüksəlməsi insanların su hövzələrinə axınını artırıb. Mingəçevir su anbarına qonşu rayonlarla yanaşı, Gəncə, Şəmkir, Goranboy, Bərdə və digər rayonlardan gələnlər də var.
Kopyalandı
#Mingəçevir teqi istifadə olunub
- Mingəçevirdə Kür çayında hərəkətdə olan qayıq restorana çırpıldı - Baku TV
- "Borc yazılıb, mən kanalizasiya işlədirəm?!" | Boğaza yığılan sakinlər şikayət etdi - Baku TV
- Keçmiş məcburi köçkünlərin yaşadığı binada qorxulu anlar | Mingəçevir - Baku TV
- "Dəmirləri çöldədir, yağış suyu evdə" | Sakinlərin dərdinə niyə çarə qılan yoxdur? - Baku TV
- Bu ərazidə sakinləri hər an itlər parçalaya bilər! - Baku TV CANLI
