N saylı hərbi hissənin xidmət rəisi nədə ittiham olunur? | Hərbi Prokurorluqdan açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin “N” saylı hərbi hissəsinin yanacaq-sürtkü materialları xidmətinin rəisi, kapitan Həsənov Ülvi Bəxtiyar oğlu həbs edilib.
Bunu hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.
Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsində istintaq olunan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Ü.Həsənova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci, 341.1-ci və digər maddələri ilə ittiham elan edilib.
Məlumata görə, onun barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
"Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcəkdir", – Hərbi Prokurorluqdan bildirilib.
#Hərbi Hava Qüvvələri teqi istifadə olunub
- Ali Baş Komandanın sədrliyi ilə operativ müşavirə keçirilib - Baku TV
- Avropanın ikinci ən güclü hava donanması Türkiyəyə məxsusdur
- ABŞ-nin HHQ hazır vəziyyətə gətirilib
- HHQ-nin təyyarə və helikopter bölmələri təlim-məşq uçuşları həyata keçiridi
- Helikopterlər hava kəşfiyyatı apardı | Hərbi pilotlara nə tapşırıldı?
