Pleyeri seçin:

Prorektoru öldürən şəxs 12 il sonra saxlanıldı

27 aprel 2023 325 baxış

Təfəkkür Universitetinin prorektorunu öldürməkdə şübhəli bilinən şəxs 12 il sonra müəyyən edilib. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Məlumata görə, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət peşəkar istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 12 il əvvəl törədilərək bağlı qalan xüsusilə ağır cinayətin açılması təmin edilib.

Belə ki, 2011-ci il sentyabrın 16-da 1942-ci il təvəllüdlü Tariyel Əhmədovun yaşadığı binanın yaxınlığında üzərində xəsarət izləri olan meyitin aşkar edilməsi faktına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq aparılsa da, cinayəti törətmiş şəxsi müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılıb.

Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən cinayət işi yenidən öyrənildikdən sonra iş üzrə icraat təzələnib. Həyata keçirilən çoxsaylı intensiv istintaq-əməliyyat tədbirləri nəticəsində əldə edilmiş sübutlarla 1977-ci il təvəllüdlü Dəyanət Quliyevin tamah məqsədilə Tariyel Əhmədova küt alətlə xəsarətlər yetirərək, qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Dəyanət Quliyev iş üzrə 2023-cü il aprelin 27-də Cinayət Məcəlləsinin tamah məqsədilə qəsdən adam öldürmə maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Quba-Qonaqkənd yolunda qorxulu vəziyyət: Sürücülər nə etməlidir? - Baku TV CANLI

Quba-Qonaqkənd yolunda qorxulu vəziyyət: Sürücülər nə etməlidir? - Baku TV CANLI

Hadisə
22 sentyabr 2026 325 baxış
Asfalt çatladı, yol sürücülər üçün təhlükəyə çevrildi | Quba–Qonaqkənd yolunda son durum - Baku TV

Asfalt çatladı, yol sürücülər üçün təhlükəyə çevrildi | Quba–Qonaqkənd yolunda son durum - Baku TV

Hadisə
22 sentyabr 2026 325 baxış
Maştağada partlayışa görə evə ziyan dəyib, iki nəfər xəsarət alıb

Maştağada partlayışa görə evə ziyan dəyib, iki nəfər xəsarət alıb

Hadisə
22 sentyabr 2026 325 baxış
COVID dövrünün sirri üzə çıxdı? - Qəbiristanlıqda qorxulu mənzərə - Baku TV CANLI

COVID dövrünün sirri üzə çıxdı? - Qəbiristanlıqda qorxulu mənzərə - Baku TV CANLI

Hadisə
22 sentyabr 2026 325 baxış
"Xəbəri olmadan mətbəxə girib, elə o anda..." | Maştağada qorxulu partlayış: 2 nəfər... - Baku TV

"Xəbəri olmadan mətbəxə girib, elə o anda..." | Maştağada qorxulu partlayış: 2 nəfər... - Baku TV

Hadisə
22 sentyabr 2026 325 baxış
TƏCİLİ: Maştağada fərdi yaşayış evində partlayış baş verdi - Baku TV CANLI

TƏCİLİ: Maştağada fərdi yaşayış evində partlayış baş verdi - Baku TV CANLI

Hadisə
22 sentyabr 2026 325 baxış
Bakıda ağır qəza: “Mercedes” yol kənarında dayanan “Kamaz”a çırpıldı - Baku TV

Bakıda ağır qəza: “Mercedes” yol kənarında dayanan “Kamaz”a çırpıldı - Baku TV

Hadisə
22 sentyabr 2026 325 baxış
Ağdaşda bədbəxt hadisə | Tir tüfəngi ilə qonşusuna xəsarət yetirdi - Baku TV

Ağdaşda bədbəxt hadisə | Tir tüfəngi ilə qonşusuna xəsarət yetirdi - Baku TV

Hadisə
22 sentyabr 2026 325 baxış
Lənkəranda mübahisə qanla bitdi | Yeniyetmə xəstəxanada həyatını itirdi - Baku TV

Lənkəranda mübahisə qanla bitdi | Yeniyetmə xəstəxanada həyatını itirdi - Baku TV

Hadisə
22 sentyabr 2026 325 baxış
Yeniyetmə döyüldü, xəstəxanada həyatını itirdi - 24 SAAT

Yeniyetmə döyüldü, xəstəxanada həyatını itirdi - 24 SAAT

Hadisə
21 sentyabr 2026 325 baxış
Seçilmişlər
icon