Pleyeri seçin:

Prorektorun qətli ilə bağlı məhkəmə başlayıb | Yeni detallar açıqlandı

08 yanvar 2024 469 baxış

“Elm və Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun qətlə yetirilməsinə görə saxlanılan Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işinin ilk məhkəmə hazırlıq iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səyavuş Hacıyevin sədrliyi ilə keçirilən proses zamanı təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Qeyd edək ki, Tariyel Əhmədov 2011-ci ilin 16 sentyabrında Yasamal rayonu ərazisində yaşadığı evin yaxınlığındakı idman meydançasında küt alətlə qətlə yetirilib. Onun qətlində sifarişçi kimi şübhəli bilinən Müşviq Atakişiyev “Elm və Təfəkkür Universiteti”nin təsisçilərindən biri və rektoru olmaqla yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat institutunda içraçı direktor vəzifəsində çalışıb. İttiham aktına görə o, təsisçi yoldaşını qətlə yetirməyi həmyerlisi Dəyanət Quliyevə sifariş verib. Dəyanət Quliyev də öz növbəsində qətli həyata keçirməyi 40 min ABŞ dolları müqabilində taksi sürücüsü olan həmkəndlisi Samir Quliyevə tapşırıb.

Məhkəmədə anket məlumatları dəqiqləşdirilərkən məlum olub ki, qətlə görə killer sifariş etməkdə şübhəli bilinən Dəyanət Quliyev həmin müddət ərzində Binəqədi rayon polis İdarəsinin 7-ci polis bölməsinin əməliyyatçısı olub. 2022-ci ildə isə təqaüdə çıxıb.

Müşviq Atakişiyev və Dəyanət Quliyev Cinayət Məcəlləsinin sifarişlə adam öldürməkdə təşkilatçı, Samir Quliyev isə həmin Məcəllənin sifarişlə adam öldürmə maddəsi ilə təqsirləndiriliblər. Cinayət işinin ilk baxış iclası yanvarın 17-nə təyin olunub.

Banner
"Bu dəqiqə qıraram bu qapını!" | Keçmiş məhkumun qandonduran əməlinin üstünü kim açdı?

"Bu dəqiqə qıraram bu qapını!" | Keçmiş məhkumun qandonduran əməlinin üstünü kim açdı?

Hadisə
06 noyabr 2026 469 baxış
Müxtəlif istehsalçıların əmtəə nişanları ilə hansı məhsullar satışa hazırlanıb? - Baku TV CANLI

Müxtəlif istehsalçıların əmtəə nişanları ilə hansı məhsullar satışa hazırlanıb? - Baku TV CANLI

Hadisə
06 noyabr 2026 469 baxış
Ləmbəlidə qanlı hadisə | Qardaşlara kim hücum etdi? - Baku TV CANLI

Ləmbəlidə qanlı hadisə | Qardaşlara kim hücum etdi? - Baku TV CANLI

Hadisə
06 noyabr 2026 469 baxış
"2-ni də divara qısnayıb..." | Gürcüstanda azərbaycanlı qardaşlar öldürüldü - Baku TV

"2-ni də divara qısnayıb..." | Gürcüstanda azərbaycanlı qardaşlar öldürüldü - Baku TV

Hadisə
06 noyabr 2026 469 baxış
"Partlayış həmin an oldu" | Abşeronda dəhşət | “Atam ağır dərəcədə yanıb, anam da...” - Baku TV

"Partlayış həmin an oldu" | Abşeronda dəhşət | “Atam ağır dərəcədə yanıb, anam da...” - Baku TV

Hadisə
06 noyabr 2026 469 baxış
Abşeronda evdə partlayış: yaralıların vəziyyəti haqqında TƏBİB-dən açıqlama - Baku TV CANLI

Abşeronda evdə partlayış: yaralıların vəziyyəti haqqında TƏBİB-dən açıqlama - Baku TV CANLI

Hadisə
06 noyabr 2026 469 baxış
"Omid" mağazalar şəbəkəsində qalmaqal: müdir işçisini döydürüb? - Baku TV

"Omid" mağazalar şəbəkəsində qalmaqal: müdir işçisini döydürüb? - Baku TV

Hadisə
06 noyabr 2026 469 baxış
İrandan göndərilən dron Biləsuvarda saxlanıldı - ƏSAS XƏBƏR

İrandan göndərilən dron Biləsuvarda saxlanıldı - ƏSAS XƏBƏR

Hadisə
05 noyabr 2026 469 baxış
Qazaxda məktəbli həmkəndlisini kürəyindən bıçaqlayaraq xəstəxanalıq etdi - Baku TV CANLI

Qazaxda məktəbli həmkəndlisini kürəyindən bıçaqlayaraq xəstəxanalıq etdi - Baku TV CANLI

Hadisə
05 noyabr 2026 469 baxış
Ailə faciəsinin arxasında nə dayanır? | Özünə də atəş açan şəxsin məhkəmə prosesi - Baku TV

Ailə faciəsinin arxasında nə dayanır? | Özünə də atəş açan şəxsin məhkəmə prosesi - Baku TV

Hadisə
05 noyabr 2026 469 baxış
Seçilmişlər
icon