Pleyeri seçin:

Qardaşına əl qaldıran atasını qətlə yetirdi, sonra isə... | Ana hər şeyi danışdı

08 iyun 2024 268 baxış

2023-cü il iyulun 9-na keçən gecə 1993-cü il təvəllüdlü Pərvin Yusifli yaşadığı evdə atası, 1968-ci il təvəllüdlü Rəsul Yusifovu öldürməsi barədə polisə məlumat verib.

Hadisə Bakının Nizami rayonu, Rüstəm Rüstəmov küçəsindəki mənzillərin birində baş verib.

Mənzilə baxış keçirən istintaq qrupu Rəsul Yusifovun meyitini döşəmə üzərində uzanmış vəziyyətdə aşkar edib. Hadisə yerindən bıçaq və qan ləkələrindən nümunələr götürülüb.

Fakt üzrə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

İstintaqla müəyyən edilib ki, iyulun 9-u gecə saat 2 radələrində Rəsul Yusifov otağa girəndə oğlu Elvinin eyvanda siqaret çəkdiyini görüb. Elvin içəri keçəndə atası onu sərt şəkildə danlayıb və üzünə iki dəfə şillə vurub. Epilepsiya xəstəliyindən əziyyət çəkən qardaşına qarşı etdiyi zorakılıq hərəkətlərinə görə Pərvin Yusifli atasından qisas almaq qərarına gəlib. Pərvin məhkəmə iclasında bildirib ki, Elvinin siqaret çəkməsinə əsəbiləşən atası hətta onu zorla mənzildən çıxarmaq istəyib. Ancaq o, araya girərək belə etməməsini xahiş edib. Daha sonra atası əsəbi halda öz otağına keçib. Pərvin isə Elvinlə digər otaqda oturaraq televizora baxıblar.

Başının ağrıdığını deyən Elvin yatmağa getsə də, atasının hərəkətindən əsəbiləşən Pərvin yatmayıb. Gecə saat 3 radələrində mətbəxə keçərək bıçağı götürüb və atasının yatdığı otağa girib. Otağın işığını yandıranda atası gözlərini açıb, nəyə görə gəldiyini soruşub. Pərvin Yusifli heç nə demədən onun üstünə atılıb və əlindəki bıçaqla Rəsul Yusifova kortəbii şəkildə zərbələr vuraraq onu qətlə yetirib. Törətdiyi cinayət barədə polisə də elə Pərvin özü məlumat verib.

Məhkəmə iclasında Pərvin Yusifli ittiham üzrə özünü təqsirli bilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 il müddətinə azadlıqdan məhrum olunub.

Banner
Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 268 baxış
Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Hadisə
28 oktyabr 2026 268 baxış
Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 268 baxış
Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Hadisə
28 oktyabr 2026 268 baxış
Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Hadisə
28 oktyabr 2026 268 baxış
Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Hadisə
28 oktyabr 2026 268 baxış
Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Hadisə
28 oktyabr 2026 268 baxış
Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Hadisə
27 oktyabr 2026 268 baxış
"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

Hadisə
27 oktyabr 2026 268 baxış
"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

Hadisə
27 oktyabr 2026 268 baxış
Seçilmişlər
icon