Qazaxda maşınlar və evlər su altında qalıb
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan ərazisindən gələn Coğaz çayına selin gəlməsi Qazax şəhərinin giriş hissəsində yaşayış evlərinə və obyektlərə zərər verib.
Belə ki, rayonun şimal-qərb istiqamətindən gələn sel suları ilk olaraq Məzəm gölündə, daha sonra Abbasbəyli gölündə artıma səbəb olub. Nəticədə Coğaz sayında suyun artımı çayı məcrasından çıxarıb. Sel rayon ərazisində heyvan bazarını, eləcə də avtomobillərin təmir sexlərini su altında qoyub. Təmir sexlərində olan bir neçə avtomobil də su altında qalıb.
Rayon Fövqəladə Hallar Komisiyasının köməyi ilə texnika vasitəsilə iri kanalllar çəkilərək sel sularının yaşayış məntəqəsinə girişinin qarşısı alınıb. Eləcə də Heydər Əliyev Parkının sol sahilində suyun kəskin artması diaqnostika mərkəzini də sel təhlükəsi altında qoyub. Ərazidə işləyən texnika vasitəsilə görülən işlər nəticəsində mərkəz subasmadan xilas edilib.
#Qazax teqi istifadə olunub
- Qazaxda 36 yaşlı kişi evdəki partlayışın qurbanı oldu - Baku TV
- Evdə güclü partlayış | Qazaxdakı dəhşətə gətirən hadisənin detalları - Baku TV CANLI
- “Söhbət toyda başlayıb, nə olubsa...” | 17 yaşlı şagird 20 yaşlı oğlanı niyə bıçaqladı? - Baku TV
- "Neçəsini kürəkənim tutub, pul verib ki..." | Əhali dəhşət içində yaşamaqdan təngə gəlib - Baku TV
- "Bu bizim üçün təhlükədir" | Sakinlərin etirazına səbəb olan YDM tikintisi - Baku TV
