Qətlə yetirilən həkimin qonşuları danışdı | Şəkidə dəhşətli qətl
Şəkidə iki nəfər odlu silahla qətlə yetirilib.
Hadisə mayın 4-də rayonun Baş Şabalıd kəndində qeydə alınıb.
1966-cı il təvəllüdlü Azər Sədi oğlu Sədiyev və 1957-ci il təvəllüdlü İsrafil Əhmədiyyə oğlu Məmmədsoyun ov tüfəngi ilə qətlə yetirilmələri barədə polisə məlumat daxil olub.
Məlumata görə, hadisə otlaq sahəsi ilə bağlı mübahisə zamanı baş verib. Belə ki, qətlə yetirilən şəxslərlə hadisəni törədən Namiq Məmmədovun otlaq sahələri yaxın olub. Onlar Namiq Məmmədovun torpaq sahəsində heyvanlarını otarırmışlar. Bu səbəbdən də aralarında mübahisə yaranıb.
Daha sonra Namiq Məmmədov Azər Sədiyevi və kəndin həkimi İsrafil Məmmədsoyu ov silahından atəş açaraq qətlə yetirib.
Cinayəti törətməkdə şübhəli bilinən 1965-ci il təvəllüdlü Namiq Məmmədov hadisədən sonra özünə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib və hazırda vəziyyəti ağırdır.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
#Şəki teqi istifadə olunub
- Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şəkiyə mediatur təşkil olunub - Baku TV
- Çobanlıq edən üç uşaq atasının torpaq problemi - "Ortada qalmışam" - Baku TV
- “Qazanda elə şeylər gördük ki...” | Yerin altında qorunan bu muzey niyə dünyada unikaldır? - Baku TV
- "Uşaqlarım qonşunun evindədir" | Həyətləri su altında qalan sakinlər çıxış yolu axtarırlar - Baku TV
- "Bura iflic vəziyyətdədir" - Şirinbulaqda qaz problemi | "Bir balonunu 45 manata..." - Baku TV
