Qobu və Mehdiabadda təhlükəli anlar | FHN məlumat yaydı
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Qobu və Mehdiabad qəsəbələri ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüləndən sonra hadisə yerlərinə baxış zamanı aşkar edilən sursatların döyüş tətbiqinə yararlı ümumilikdə 83 ədəd 7x62 mm-lik mərmi, 62 ədəd 5x45 mm-lik mərmi, 17 ədəd “F-1” əl qumbarası və 17 ədəd UZRQM partladıcısı olduğu müəyyən edilib.
Sursatlar Xüsusi Riskli Xilasetmə Xidmətinin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
#Qobu qəsəbəsi teqi istifadə olunub
- Söyüşlər havada "uçuşdu" | Qobuda torpaq alıb ev tikdi, yolunu bağladılar - Baku TV
- Qobuda sakinlər avtobus dayanacağı üzü görmür - Baku TV
- Qobuda sakinlər avtobus dayanacağı üzü görmür - 24 SAAT
- Məktəbdə təmir işləri dayanıb? | "Uşaqlarımızın taleyi bilinmir": Valideynlərin narazılığı böyüyür
- Qobudakı məktəbin təmiri niyə bitmir? | İşlər nə vaxt yekunlaşacaq? - Baku TV CANLI
