Pleyeri seçin:
"TikTok"da dələduzluq edən şəxs saxlanıldı | Polisdən əməliyyat
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sosial şəbəkələrdə dələduzluq edən Nicat Abdullayev saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupu məlumat yayıb.
Bildirilib ki, həmin şəxs "TikTok" sosial şəbəkəsində tanış olduğu Hacıqabul rayon sakininə özünü bank işçisi kimi təqdim edərək ona onlayn yolla kredit verəcəyini vəd edib.
Vətəndaşa 1600 manat məbləğində kredit təsdiq olunandan sonra isə Nicat Abdullayev həmin pulu öz kartına yönləndirib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Kopyalandı
#TikTok teqi istifadə olunub
- Uşaqlara zorakılıq, küçələrdə təhlükə: məsuliyyətsizlik haradan başlayır? - XÜLASƏ
- “Milli təhlükəsizlik riskləri tamamilə aradan qalxıb” | ABŞ Ədliyyə Nazirliyinin məlumatı
- Kontent yaradıcıları “TikTok”da milyonlarla baxış toplamağın sirrini açıqladı
- "TikTok"da söyüş söyən musiqiçi həbs olundu - 24 SAAT
- "TikTok" ABŞ-də fəaliyyət göstərmək üçün bu razılaşmanı imzaladı
