Sakit ailə idilər, bir dəfə gördüm ki... | Qonşular qadının ərinə hücumundan danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Nizami rayonunda cinayət hadisəsi baş verib.
Hadisə rayonun Çobanzadə küçəsi, 61 ünvanında qeydə alınıb.
Belə ki, sözügedən ünvanda yaşayan 26 yaşlı Aynur Nağıyeva həyat yoldaşı, 45 yaşlı Sakit Nağıyevə yatdığı yerdə çoxsaylı bıçaq xəsarətləri yetirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Qonşularının sözlərinə görə, zərərçəkən əmlakçı olub:
“Sakit ailə idi. Səhər eşitdim ki, yoldaşı ərini bıçaqlayıb. Kişi əmlakçı idi. Arada uşaqlarını həyətə çıxarırdı, gəzdirirdi. Həyat yoldaşını yanında bir dəfə görmüşəm, ondan sonra heç rast gəlməmişəm”.
Sabunçu Tibb Mərkəzindən bildirilib ki, xəstəyə zəruri tibbi yardım göstərilib. Hazırda müalicəsi Cərrahiyyə Şöbəsində davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir.
Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanıb. Aynur Nağıyeva iş üzrə şübhəli şəxs qismində tutulub. Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
#Nizami rayonu teqi istifadə olunub
- Yaşadıqları binanın bloklarına kanalizasiya suları yığılır
- "Buradan keçən ağzını tutub keçir" | Əhali narazıdır: "Yalandan yazır ki, 10 dəfə etmişik" - Baku TV
- "Vermirsənsə, başqa kişinin oğlu gəlsin..." | Sakinlər və MTK arasında qalmaqal - Baku TV
- Nizami rayonunda 5 binanın həyəti baxımsız vəziyyətdə - Baku TV CANLI
- "Abadlaşdırırıq" dedilər, hamısı yoxa çıxdı" | 5 binanın həyəti söküldü, sonra isə... - Baku TV
