Şəkidə ağır yol qəzası | Hadisə yerindən görüntülər yayıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Şəki rayonunun Çeşməli kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Balakən rayon sakini, 1952-ci il təvəllüdlü Yusif Muradovun idarə etdiyi "Lada Priora" markalı minik avtomobili idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarındakı kolluğa düşüb.
Qəza nəticəsində sürücü hadisə yerində vəfat edib. Onun meyiti Fövqəladə Hallar Nazirliyinin Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri tərəfindən avtomobildən çıxarılaraq təcili tibbi yardım əməkdaşlarına təhvil verilib.
Yusif Muradovun sükan arxasında ürək çatışmazlığından həyatını itirdiyi bildirilir.
Avtomobildə olan sərnişin, mərhumun 81 yaşlı qardaşı Ziyafəddin Muradov isə xəsarət alıb və Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
#Şəki teqi istifadə olunub
- Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şəkiyə mediatur təşkil olunub - Baku TV
- Çobanlıq edən üç uşaq atasının torpaq problemi - "Ortada qalmışam" - Baku TV
- “Qazanda elə şeylər gördük ki...” | Yerin altında qorunan bu muzey niyə dünyada unikaldır? - Baku TV
- "Uşaqlarım qonşunun evindədir" | Həyətləri su altında qalan sakinlər çıxış yolu axtarırlar - Baku TV
- "Bura iflic vəziyyətdədir" - Şirinbulaqda qaz problemi | "Bir balonunu 45 manata..." - Baku TV
