Şəkidə dəhşətli yol qəzası | Ölən və yaralananlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Şəkidə “KamAZ” piyadanı vurub, daha sonra traktorla toqquşub.
Axşam saat 17 radələrində Şəki rayonunun Aşağı Göynük kəndi ərazisində hərəkətdə olan “KamAZ” markalı avtomobil əvvəlcə yolun kənarındakı piyadanı vurub, daha sonra isə traktora çırpılıb. Nəticədə, piyada aldığı xəsarətlərdən ölüb, “KamAZ” və traktorun sürücüsü xəsarət alıb.
Daxili İşlər Nazirliyindən bildirilib ki, ölüm və xəsarətlərlə nəticələnən yol nəqliyyat hadisəsi ilə bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
Qəza zamanı hadisə yerində həyatını itirən 1956-cı il təvəllüdlü Şəki rayonu Köndələn kənd sakini Yusif Cabbar oğlu Mustafayevdir. Qəzada xəsarətalanlar 1994-cü il təvəllüdlü, Aşağı Göynük kənd sakini Abdullayev Samir Nazim oğlu Abdullayev, 1990-cı il təvəllüdlü, Balakən rayon sakini Oruc Qurban oğlu Muradovdur.
Yaralıların müalicəsi Şəki Rayon Mərkəzi Xəstəxanasında (RMX) davam etdirilir.
#Şəki teqi istifadə olunub
- Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şəkiyə mediatur təşkil olunub - Baku TV
- Çobanlıq edən üç uşaq atasının torpaq problemi - "Ortada qalmışam" - Baku TV
- “Qazanda elə şeylər gördük ki...” | Yerin altında qorunan bu muzey niyə dünyada unikaldır? - Baku TV
- "Uşaqlarım qonşunun evindədir" | Həyətləri su altında qalan sakinlər çıxış yolu axtarırlar - Baku TV
- "Bura iflic vəziyyətdədir" - Şirinbulaqda qaz problemi | "Bir balonunu 45 manata..." - Baku TV
