Separatçılar Ağdamda təxribat törətdi: hərbçimiz minaya düşdü
Yeniliklərdən dərhal xəbərdar olun
Sentyabrın 10-u saat 13:30 radələrində Azərbaycan Ordusunun hərbi qulluqçusu Eminov Xəyyam Mahal oğlu Ağdam rayonu ərazisində bölmələrimizin təminat yolunda qeyri-qanuni erməni silahlı dəstələrinin kəşfiyyat-diversiya qrupu tərəfindən təxribat məqsədilə basdırılmış piyada əleyhinə minaya düşərək xəsarət alıb.
Bu barədə Müdafiə Nazirliyindən xəbər verilib. İlk tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib. Onun həyatı üçün təhlükə yoxdur.
Hazırda mühəndis-istehkam bölmələri tərəfindən həmin ərazinin minalardan təmizlənməsi işləri aparılır.
Son dövrlərdə Qarabağ iqtisadi rayonundakı Ermənistan Silahlı Qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin ərazilərimizə kütləvi şəkildə yeni minalar döşəməsi, bununla da Azərbaycana qarşı mina terroru siyasətini davam etdirməsi müşahidə edilməkdədir.
#Qarabağ teqi istifadə olunub
- Qarabağın ekoloji faciəsi gündəmə çıxarılacaq?
- Ermənistan COP17-yə ev sahibliyi edəcək | Qarabağın ekoloji faciəsi gündəmə gətiriləcək? - Baku TV
- Azərbaycanın ədalət dərsi qisas deyil, sülhdür - Baku TV
- Konfrans iştirakçılarının Qarabağ səfəri hansı məqamlarla yadda qalıb? - Baku TV
- Keçmiş köçkünlər doğma yurdlarına qayıdarkən nələr yaşadılar - Baku TV
