Sərhədçilər Xəzər dənizində əməliyyat keçirdi | DSX-dən təcili məlumat
Dövlət sərhədini pozmaqla Azərbaycana külli miqdarda narkotik vasitəni keçirməyə cəhd göstərən mütəşəkkil qaçaqmalçı qrupun qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, Xəzər dənizinin Salyan reydi istiqamətində sürətlə hərəkət edən bir ədəd naməlum üzmə vasitəsi müşahidə edilib. Sərhəd gəmisi tərəfindən işıq və səs siqnallarından istifadə edilməklə “Dayan” komandası verilib, xəbərdarlıq atəşi açılıb.
Sərhədçilərin qanuni tələblərinə məhəl qoymayaraq Azərbaycanın ərazi sularını tərk etməyə cəhd göstərən sərhəd pozucularının saxlanılması məqsədilə silah tətbiq edilib, nəticədə, iki sərhəd pozucusu yaralanıb. Təxliyə zamanı həkimlərin səyinə baxmayaraq, onlardan biri ölüb.
Layner tipli üzmə vasitəsinə keçirilən baxış zamanı 33 kiloqram 75 qram narkotik vasitə marixuana, 2 ədəd GPS və 1 ədəd peyk telefonu aşkarlanaraq götürülüb. Onların İran vətəndaşları olduğu müəyyən edilib.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
#Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti teqi istifadə olunub
- DSX əməliyyat keçirdi | Qaçaqmalçılığın qarşısı alındı - Baku TV CANLI
- Dövlət Sərhəd Xidməti İranla sərhəddə təcili əməliyyat keçirdi - Baku TV CANLI
- İlham Əliyev DSX-nin bir sıra hərbi qulluqçularını təltif etdi - Baku TV
- DSX məlumat yaydı: Hava sərhədini pozan PUA məhv edildi - ANA XƏBƏR
- DTX İrana işləyən terrorçuların "başını əzdi" - 24 SAAT
