Pleyeri seçin:

Şüvəlanda film kimi hadisə | “Qazprom”un sabiq vəzifəli şəxsi müəmmalı detalları açıqladı

01 avqust 2024 798 baxış

“Qazprom” şirkətinin Azərbaycan nümayəndəliyinin keçmiş rəhbəri Akif Həsənovun evini qarət etməkdə təqsirli bilinən Əkbər Bəşirlinin cinayət işinin ilk məhkəmə baxış iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxs ifadə verib.

O, özünü elan edilmiş ittihamla qismən təqsirli bilərək qeyd edib ki, Akif Həsənovun bağ evində bağban kimi çalışıb. İlk aylar 600, sonra 900 manat məvacib alıb. Əkbər Bəşirli oğurladığı iddia olunan qiymətli saatları oğurlamadığını bildirib.

Dediyininə görə, hər şey ev sahibinin lazımsız əşyalar dolu bir qutunu ona verməsindən sonra baş verib. Evdə həmin qutunun içinə baxanda iki ədəd qəribə saat görüb və onları ticarət mərkəzlərindən birində yoxlatdırıb. Saatlara baxan şəxs onun müəyyən hissələrinin qızıl olduğunu deyərək qiymətli əşyaları Əkbərdən 4300 manata alıb. Bağban ifadəsində daha bir saatı bağdakı yaşıllıqda tapdığını və onu da 8 min manata satdığını bildirib.

İş üzrə zərərçəkmiş Akif Həsənov isə qeyd edib ki, oğlunun 25 illik yubileyinə bahalı saat hədiyyə edib. Oğlu günlərin birində saatı tapmadıqda atasından onu görüb-görmədiyini soruşub. Əkbər də öz növbəsində qiymətli hədiyyəni görmədiyini deyib. Akif Həsənov bununla yanaşı, daha iki qiymətli saatı itirdiyini də vurğulayıb. Zərərçəkmiş itən qızıl saatların tanınmış marka olduğunu da bildirib.

Cinayət işinin digər epizodu Akif Həsənova məxsus bağ evində baş verən yanğınla bağlıdır. Yanğın söndürüləndən sonra evdə olan külli miqdarda qızıl-zinət əşyaları və pulun itdiyi məlum olub.

Bununla bağlı zərərçəkən ifadəsində qeyd edib ki, bağındakı elektrik işləri yüksək peşəkarlıqla və keyfiyyətli naqillərdən istifadə edilməklə görüldüyündən qısaqapanma ehtimalı sıfıra bərabər olub. Yanğın zamanı yoxa çıxan seyfdə ailəyə aid sənədlərlə yanaşı, 5 min dollara yaxın pul və külli miqdarda qızıl-zinət əşyaları olub.

Zərərçəkən ona oğurluq epizodu üzrə 204 min, evin yanmasına görə isə 450 min manat ziyan dəydiyini deyib. Məhkəmənin növbəti iclası sentyabrın 25-nə təyin edilib.

Banner
Yasamalda evdən meyit tapıldı | Cahangir Rüstəmovun oğlunun ölümü ilə bağlı təcili xəbər - Baku TV

Yasamalda evdən meyit tapıldı | Cahangir Rüstəmovun oğlunun ölümü ilə bağlı təcili xəbər - Baku TV

Hadisə
21 noyabr 2026 798 baxış
Orxan Kəngərli narkotik tərkibli həbləri kimlərə satıb? - Əməliyyatın detalları - Baku TV

Orxan Kəngərli narkotik tərkibli həbləri kimlərə satıb? - Əməliyyatın detalları - Baku TV

Hadisə
21 noyabr 2026 798 baxış
Mingəçevirdə mənzildən kişi meyiti tapılıb | Hadisənin səbəbləri araşdırılır - Baku TV

Mingəçevirdə mənzildən kişi meyiti tapılıb | Hadisənin səbəbləri araşdırılır - Baku TV

Hadisə
21 noyabr 2026 798 baxış
Mingəçevirdə dəhşət: Yaşayış binasında meyit aşkarlandı - 24 SAAT

Mingəçevirdə dəhşət: Yaşayış binasında meyit aşkarlandı - 24 SAAT

Hadisə
20 noyabr 2026 798 baxış
DTX-nin əməliyyatı ilə terror qruplaşmasının üzvləri müəyyən edilərək saxlanılıblar - Baku TV

DTX-nin əməliyyatı ilə terror qruplaşmasının üzvləri müəyyən edilərək saxlanılıblar - Baku TV

Hadisə
20 noyabr 2026 798 baxış
Elektrik dirəyinin aşması kənd sakinini böyük zərərlə üz-üzə qoyub - ƏSAS XƏBƏR

Elektrik dirəyinin aşması kənd sakinini böyük zərərlə üz-üzə qoyub - ƏSAS XƏBƏR

Hadisə
20 noyabr 2026 798 baxış
40 yaşlı hərbçinin evində nə baş verib? - Baku TV CANLI

40 yaşlı hərbçinin evində nə baş verib? - Baku TV CANLI

Hadisə
20 noyabr 2026 798 baxış
"İçki məclisi qurublar, sonra..." - Bilgəhdə qanlı hadisə | 74 yaşlı kişi bıçaqlandı - Baku TV

"İçki məclisi qurublar, sonra..." - Bilgəhdə qanlı hadisə | 74 yaşlı kişi bıçaqlandı - Baku TV

Hadisə
20 noyabr 2026 798 baxış
"9 min ziyan dəyib" | İnəklərin tələf olması ilə bağlı kim məsuliyyət daşıyır? - Qurumdan açıqlama

"9 min ziyan dəyib" | İnəklərin tələf olması ilə bağlı kim məsuliyyət daşıyır? - Qurumdan açıqlama

Hadisə
20 noyabr 2026 798 baxış
Məşhur istirahət mərkəzi əlindən alınan Tahir Qədəşov öldü - Baku TV

Məşhur istirahət mərkəzi əlindən alınan Tahir Qədəşov öldü - Baku TV

Hadisə
20 noyabr 2026 798 baxış
Seçilmişlər
icon