Ucar yolunda 14 avtomobil toqquşdu | Dəhşət yaşayan sakinlər hadisə anını danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Ucar rayonunda 14 avtomobilin iştirakı ilə baş verən zəncirvari yol-nəqliyyat hadisəsində iki nəfər ölüb, 20-dən çox yaralı var.
Hadisə fevralın 16-da gecə saatlarında Bakı-Qazax yolunun rayonun Qulabənd kəndindən keçən hissəsində qeydə alınıb.
“Hava dumanlı idi. Maşını kənara çəkmək istəyəndə gördüm ki, “KamAZ”lar üstümə gəlir”, – xəsarətalanlardan biri deyib.
Qəza zamanı xəsarətalanlar – 45 yaşlı Ruslan Məmmədov, 18 yaşlı Səbinə Əliyeva, 56 yaşlı Mərdan Qasımov, 65 yaşlı Sahib Əhmədov, 58 yaşlı Nəcibə Abdullayeva, 70 yaşlı Əlövsət Əliyev, 42 yaşlı Aftandil Hüseynov, 44 yaşlı Niyaməddin Məmmədov, 65 yaşlı Günəş Əliyeva, 5 yaşlı Nəriman Allahverdizadə, 44 yaşlı Əlizamin Məmmədov xəstəxanaya yerləşdirilib. Hadisədə ölənlər isə aidiyyəti üzrə təhvil veriliblər.
Faktla bağlı araşdırma aparılır.
#Ucar teqi istifadə olunub
- Ucarda fermerlər, şirkətlər və dövlət qurumlarının nümayəndələri görüşür - Baku TV
- Ucarda ilk dəfə "Çəltik və Aqrar Biznes Festivalı" keçirilir - Baku TV
- Bakıya gedən sərnişin avtobusu Ucarda yandı | Avtomobillərin hərəkəti məhdudlaşdırıldı - Baku TV
- Şəkidən Bakıya gedən sərnişin avtobusu Ucarda yandı - 24 SAAT
- Qorxunc hadisənin yaşandığı evdən anbaan görüntülər | Ucarda ev külə döndü - Baku TV
