Pleyeri seçin:

Avropa çempionatında uğur qazanan güləşçilərlə görüş

26 aprel 2023 545 baxış

Xorvatiyada keçirilən Avropa çempionatında 5-i qızıl, 6-sı gümüş və 3-ü bürünc olmaqla, ümumilikdə 14 medal qazanan güləşçilərimizin parlaq nəticələrinə həsr olunan tədbir baş tutub.

Tədbirdə çıxış edən Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov qitə turnirində qazanılan tarixi uğurlarla bağlı Prezident İlham Əliyevin təbriklərini çatdırıb.

Bildirilib ki, artıq bütün sərhədlərimiz boyunca Azərbaycan bayrağı dalğalanır və güləşçilərimiz Avropa çempionatında qazandıqları uğurları sərhədlərimizi qoruyan hərbi qulluqçularımıza, Ali Baş Komandana və Azərbaycan xalqına həsr edir.

Qeyd edilib ki, sentyabrda Serbiyada keçiriləcək dünya çempionatı “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq baxımından önəmli olduğu üçün yarışa lazımi şəkildə hazırlaşmaq məqsədilə Federasiya tərəfindən hər cür şərait yaradılacaq.

Bundan başqa, “Los-Anceles-2028” Yay Olimpiya Oyunlarına hazırlaşmaq üçün aşağı yaş qruplarına, habelə regionlarımızda da güləşin daha da inkişaf etdirilməsinə xüsusi diqqət ayrılmasının vacibliyi vurğulanıb.

Tədbirin davamında federasiyanın baş katibi Nəsimi Musayev, milli komandaların baş məşqçiləri və idmançılar qazanılan uğurlar və hədəflərdən danışaraq, güləşin inkişafı istiqamətində görüləcək işlərlə bağlı fikir mübadiləsi aparıblar.

Banner
Azərbaycan karateçiləri qızıl medalları Zəfər Gününə həsr etdi - Baku TV

Azərbaycan karateçiləri qızıl medalları Zəfər Gününə həsr etdi - Baku TV

İdman
09 noyabr 2026 545 baxış
Harri Keyn "Qızıl top"u "Bayern"in muzeyinə vermək istəyir

Harri Keyn "Qızıl top"u "Bayern"in muzeyinə vermək istəyir

İdman
09 noyabr 2026 545 baxış
Futbol dünyasını sarsıdan hadisə | Braziliyalı oyunçu silahlı hücumda öldürüldü - Baku TV

Futbol dünyasını sarsıdan hadisə | Braziliyalı oyunçu silahlı hücumda öldürüldü - Baku TV

İdman
08 noyabr 2026 545 baxış
Toral Bayramov Türkiyədə avtoqol müəllifi oldu | Yeni idman xəbərləri - Baku TV

Toral Bayramov Türkiyədə avtoqol müəllifi oldu | Yeni idman xəbərləri - Baku TV

İdman
07 noyabr 2026 545 baxış
Viktor Osimhen zədə səbəbindən əməliyyat olunacaq | Yeni idman xəbərləri

Viktor Osimhen zədə səbəbindən əməliyyat olunacaq | Yeni idman xəbərləri

İdman
07 noyabr 2026 545 baxış
Sumqayıtda real aykido üzrə ustad dərsləri | Dövlət Bayrağı Gününə həsr olunan tədbir - Baku TV

Sumqayıtda real aykido üzrə ustad dərsləri | Dövlət Bayrağı Gününə həsr olunan tədbir - Baku TV

İdman
07 noyabr 2026 545 baxış
Azərbaycan UEFA reytinqindəki mövqeyini qoruyub saxladı - Baku TV

Azərbaycan UEFA reytinqindəki mövqeyini qoruyub saxladı - Baku TV

İdman
06 noyabr 2026 545 baxış
Jül Kunde "Atletiko" ilə görüşü də buraxacaq

Jül Kunde "Atletiko" ilə görüşü də buraxacaq

İdman
06 noyabr 2026 545 baxış
Yeniyetmələr arasında ilk dünya çempionumuz olan karateçi və məşqçisi Baku TV-yə danışdı - Baku TV

Yeniyetmələr arasında ilk dünya çempionumuz olan karateçi və məşqçisi Baku TV-yə danışdı - Baku TV

İdman
06 noyabr 2026 545 baxış
Fərid Qayıbov Monakoda təşkil olunan iclasda çıxış edib | Yeni idman xəbərləri

Fərid Qayıbov Monakoda təşkil olunan iclasda çıxış edib | Yeni idman xəbərləri

İdman
05 noyabr 2026 545 baxış
Seçilmişlər
icon