Pleyeri seçin:

İngiltərə çempionatı: "Tottenhem" və "Nyukasl" 15-ci turda uduzub

08 dekabr 2023 484 baxış

İngiltərə çempionatında 15-ci turun son 2 görüşü gözlənilməz nəticələrlə diqqət çəkib.

Mövsümə yaxşı başlasa da, son matçlarda ardıcıl xal itirən “Tottenhem” “Vest Hem”i qəbul edib. “Tottenhem Hotspur Stedium”da keçirilən London derbisində hesabı 11-ci dəqiqədə “mahmızlar” açıblar.

Kristian Romeronun qolu sayəsində “Tottenhem” fasiləyə irəlidə yollanıb. Ancaq “çəkicdöyənlər” dönüş edə biliblər. Əvvəlcə 52-ci dəqiqədə Cared Boeun hesabı bərabərləşdirib. 74-cü dəqiqədə isə Ceyms Uord-Prauz “Vest Hem”ə qələbə qazandıran qolun müəllifi olub. 2-1 hesabı ilə güclü olan “Vest Hem” 9-cu pillədə qərarlaşıb. 5 oyundur qalibiyyətə həsrət olan “Tottenhem” isə 27 xalla 5-ci yerdədir.

Digər görüşdə “Nyukasl” səfərdə autsayderlərdən “Everton”a gözlənilmədən böyük hesabla uduzub. “Qudison Park”da baş tutan qarşılaşmada bütün qollar 2-ci yarıda qeydə alınıb. Duayt Maknil, Abdulay Dukure və Betunun topları ilə mersisaydlılar 3-0 hesabı ilə qalib gəliblər.

Federasiyanın qərarına əsasən, 10 xalı silinən “Everton” hazırda 10 xalla 17-ci yerdədir. “Nyukasl” isə 26 xalla 7-ci pillədədir.

Banner
Futbol dünyasını sarsıdan hadisə | Braziliyalı oyunçu silahlı hücumda öldürüldü - Baku TV

Futbol dünyasını sarsıdan hadisə | Braziliyalı oyunçu silahlı hücumda öldürüldü - Baku TV

İdman
08 noyabr 2026 484 baxış
Toral Bayramov Türkiyədə avtoqol müəllifi oldu | Yeni idman xəbərləri - Baku TV

Toral Bayramov Türkiyədə avtoqol müəllifi oldu | Yeni idman xəbərləri - Baku TV

İdman
07 noyabr 2026 484 baxış
Viktor Osimhen zədə səbəbindən əməliyyat olunacaq | Yeni idman xəbərləri

Viktor Osimhen zədə səbəbindən əməliyyat olunacaq | Yeni idman xəbərləri

İdman
07 noyabr 2026 484 baxış
Sumqayıtda real aykido üzrə ustad dərsləri | Dövlət Bayrağı Gününə həsr olunan tədbir - Baku TV

Sumqayıtda real aykido üzrə ustad dərsləri | Dövlət Bayrağı Gününə həsr olunan tədbir - Baku TV

İdman
07 noyabr 2026 484 baxış
Azərbaycan UEFA reytinqindəki mövqeyini qoruyub saxladı - Baku TV

Azərbaycan UEFA reytinqindəki mövqeyini qoruyub saxladı - Baku TV

İdman
06 noyabr 2026 484 baxış
Jül Kunde "Atletiko" ilə görüşü də buraxacaq

Jül Kunde "Atletiko" ilə görüşü də buraxacaq

İdman
06 noyabr 2026 484 baxış
Yeniyetmələr arasında ilk dünya çempionumuz olan karateçi və məşqçisi Baku TV-yə danışdı - Baku TV

Yeniyetmələr arasında ilk dünya çempionumuz olan karateçi və məşqçisi Baku TV-yə danışdı - Baku TV

İdman
06 noyabr 2026 484 baxış
Fərid Qayıbov Monakoda təşkil olunan iclasda çıxış edib | Yeni idman xəbərləri

Fərid Qayıbov Monakoda təşkil olunan iclasda çıxış edib | Yeni idman xəbərləri

İdman
05 noyabr 2026 484 baxış
UEFA Çempionlar Liqasında IV tura yekun vuruldu | Yeni idman xəbərləri - Baku TV

UEFA Çempionlar Liqasında IV tura yekun vuruldu | Yeni idman xəbərləri - Baku TV

İdman
05 noyabr 2026 484 baxış
“Çox güclü hazırlaşmışıq” | Yanğınsöndürmə və xilasetmə idmanı üzrə Dünya Çempionatının açılışı

“Çox güclü hazırlaşmışıq” | Yanğınsöndürmə və xilasetmə idmanı üzrə Dünya Çempionatının açılışı

İdman
05 noyabr 2026 484 baxış
Seçilmişlər
icon