107 QHT Azərbaycana COP29-la bağlı dəstək bəyanatı verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Sağlamlıq, ətraf mühit və iqlim dəyişmələri məsələləri üzrə ixtisaslaşmış, ümumilikdə 106 ölkədən 2300 QHT-ni özündə birləşdirən Afrika Səhiyyə Təşkilatları Assosiasiyası – AHOA Azərbaycana COP29-la bağlı dəstək bəyanatı verib.
Bəyanatı təşkilatın rəhbəri Uzodinma Adiriece imzalayıb. AHOA-ya üzv və tərəfdaş olan 30 ölkədən 107 QHT də müraciətə qoşulub.
Bəyanatda AHOA Azərbaycanın iqlim dəyişmələri ilə bağlı qlobal fəaliyyətdə nümayiş etdirdiyi həqiqi fədakarlığı və liderliyi alqışlayıb, bütün dünyanı iqlim dəyişikliyinə qarşı mübarizə aparmaq üçün COP29-un yaratdığı tarixi fürsətdən istifadə etməyə çağırıb.
“Azərbaycanda keçiriləcək COP29 yaxınlaşdığı dövrdə Afrika Səhiyyə Təşkilatları Assosiasiyasının rəhbərliyi, üzvləri və tərəfdaşları olaraq qlobal ictimaiyyəti dayanıqlı və sağlam gələcəyə doğru istiqamətləndirmək kimi mühüm vəzifəni öhdəsinə götürən COP29 prezidentinə və ev sahibliyi edən Azərbaycana ürəkdən dəstəyimizi ifadə edirik”, – deyə bəyanatda qeyd olunub.
#COP29 teqi istifadə olunub
- "İstər Avroviziya, istər COP-la bağlı əsassız tənqidlərlə üzləşdik" | Prezident - Baku TV
- "Diplomatiya Aləmi" jurnalının budəfəki buraxılışı COP29-a həsr olunub - Baku TV
- COP30 COP29-dan nə ilə fərqləndi? | COP BAKU
- İki fərqli qitənin iki fərqli konfransı | COP29 tarix yazdı, COP30 isə dərs oldu
- Azərbaycan gəncləri planetin gələcəyinə necə töhfə verir? | COP BAKU
