Pleyeri seçin:
Azərbaycandan 120 milyon dollarlıq yatırım
“Hazırda Azərbaycan məhdud imkanları olan Bakı-Tbilisi-Qars dəmir yolunun, onun Gürcüstan hissəsinin genişlənməsinə investisiya yatırır”.
Bunu Prezident İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə bildirib.
“Ola bilsin ki, gələn il bu investisiya layihəsi tamamlanacaq, bir milyon tondan beş milyon tonadək genişləndiriləcək. Azərbaycanın əlavə investisiyaları 120 milyon ABŞ dollarından çox olacaq və ümidvarıq ki, biz onu gələn il tamamlayacağıq. Başqa dar keçidlər də var, onlardan biri bizim Dəniz Ticarət Limanı ola bilər. Hazırda biz onun 15 milyon tondan 25 milyon tona və 1 milyon TEU-dək genişlənməsinin texniki əsaslandırmasının tamamlanması prosesindəyik”, - deyə dövlət başçısı qeyd edib.
Kopyalandı
#Almaniya teqi istifadə olunub
- "Mümkün qədər tez hazırlaşmalıyıq" | ABŞ Almaniyanı hərbi cəhətdən niyə gücləndirir? - Baku TV
- Almaniya və ABŞ arasında müdafiə imkanlarının gücləndirilməsi barədə kritik razılıq - Baku TV CANLI
- İranla gərginlik fonunda ABŞ hərbi rəhbərləri Almaniyada topladı - Baku TV CANLI
- Rusiya–Ukrayna müharibəsi Almaniya iqtisadiyyatına necə təsir edir? - Baku TV
- Almaniyada miqrasiya siyasəti ətrafında yeni qalmaqal yaranıb - Baku TV CANLI
