Pleyeri seçin:

Bankların fəaliyyəti dayandırılacaq? - İqtisadçıdan vacib açıqlama - Baku TV

23 mart 2026 397 baxış

Bu yaxınlarda Azərbaycanda banklardan birinin fəaliyyətini dayandıraraq bank olmayan kredit təşkilatına çevrilməsi bankların bağlanması məsələsini yenidən aktuallaşdırıb.

Hələ 2015-ci ilin əvvəlində Azərbaycanda 45 bank mövcud olsa da, ötən müddətdə bu göstərici iki dəfədən çox azalaraq 21-ə enib. Təkcə 2016-cı ildə 11 bank fəaliyyətini dayandırıb.

Son illərdə isə prosesin bir qədər səngiməsi bank sahəsində islahatların yekunlaşdığı təəssüratı yaradırdı.

Maraqlıdır, bankların bağlanması prosesi bundan sonra da davam edə bilərmi?

İqtisadçı Rəşad Həsənovun sözlərinə görə, qısamüddətli dövrdə gözlənilməz qərarların verilməsi ehtimalı aşağıdır:

“Amma orta və uzunmüddətli perspektivdə, xüsusilə hazırkı dəyişkən və fluktuativ iqtisadi konyuktur şəraitində bankların birləşməsi, bank olmayan kredit təşkilatına çevrilməsi və ya fəaliyyətini dayandırması ilə bağlı müəyyən qərarlar qəbul oluna bilər. Eyni zamanda tənzimləyici tələblərin və normativ öhdəliklərin yerinə yetirilməməsi, eləcə də risklərin artması belə qərarlara səbəb ola bilər. Bəzi hallarda isə risklər minimum tələblərin pozulmasından deyil, gözlənilməz vəziyyətlərin yaranmasından qaynaqlana bilər ki, bu zaman Mərkəzi Bank tərəfindən bankların lisenziyası ləğv oluna bilər”.

Ekspert xatırladır ki, indiyədək bankların heç də hamısının maliyyə göstəricilərinin pisləşməsi səbəbindən fəaliyyəti dayandırılmayıb. Bir neçə bankın lisenziyası qurumun idarəedici strukturunun müvafiq müraciəti əsasında ləğv olunub. Bu da bank sektorunda iştirakçıların sayının dəyişməsinin təkcə maliyyə göstəricilərindən asılı olmadığını göstərir.

Bankların maliyyə göstəricilərinə gəlincə isə 2026-cı ilin əvvəlinə olan məlumata görə, hazırda fəaliyyətdə olan banklardan yalnız birinin cəmi kapitalında azalma olub. Ümumilikdə bankların cəmi kapitalının 83 faizi 10 banka aiddir. Yerdə qalan 11 bankın payı isə 17 faizə bərabərdir. 

Banner
Enerji sistemində mühüm mərhələ | Ən yüksək gərginlikli yeni dəhlizin əhəmiyyəti nədir? - Baku TV

Enerji sistemində mühüm mərhələ | Ən yüksək gərginlikli yeni dəhlizin əhəmiyyəti nədir? - Baku TV

İqtisadiyyat
24 noyabr 2026 83 baxış
Geotermal enerji elektrik və istilik üçün necə istifadə oluna bilər? - Baku TV

Geotermal enerji elektrik və istilik üçün necə istifadə oluna bilər? - Baku TV

İqtisadiyyat
24 noyabr 2026 82 baxış
SOCAR-ın İtaliya şirkətləri ilə iş birliyi təbii qazdan başqa nələri əhatə edir? - Baku TV

SOCAR-ın İtaliya şirkətləri ilə iş birliyi təbii qazdan başqa nələri əhatə edir? - Baku TV

İqtisadiyyat
24 noyabr 2026 86 baxış
Ticarət əlavəsinə limit qoyulması bahalaşmanın qarşısını ala bilərmi? - Baku TV

Ticarət əlavəsinə limit qoyulması bahalaşmanın qarşısını ala bilərmi? - Baku TV

İqtisadiyyat
22 noyabr 2026 102 baxış
SOCAR əldə etdiyi gəlirə görə şirkətlər arasında birinci yerdə qərarlaşıb - Baku TV

SOCAR əldə etdiyi gəlirə görə şirkətlər arasında birinci yerdə qərarlaşıb - Baku TV

İqtisadiyyat
22 noyabr 2026 157 baxış
SOCAR-ın karbamid və metanol istehsalı | Dövlət Statistika Komitəsi göstəriciləri açıqladı - Baku TV

SOCAR-ın karbamid və metanol istehsalı | Dövlət Statistika Komitəsi göstəriciləri açıqladı - Baku TV

İqtisadiyyat
21 noyabr 2026 156 baxış
SOCAR, BP və İsrailin daxil olduğu konsorsium Aralıq dənizində seysmik tədqiqatları başa çatdırıb

SOCAR, BP və İsrailin daxil olduğu konsorsium Aralıq dənizində seysmik tədqiqatları başa çatdırıb

İqtisadiyyat
21 noyabr 2026 160 baxış
Sənəd seysmoloji məlumatların emalı sahəsində əməkdaşlığı nəzərdə tutur - Baku TV

Sənəd seysmoloji məlumatların emalı sahəsində əməkdaşlığı nəzərdə tutur - Baku TV

İqtisadiyyat
21 noyabr 2026 168 baxış
“Star” NEZ illik nə qədər xam neft emalı gücünə malikdir? - Baku TV

“Star” NEZ illik nə qədər xam neft emalı gücünə malikdir? - Baku TV

İqtisadiyyat
21 noyabr 2026 172 baxış
STAR neft zavodu sentyabrda nə qədər aviasiya yanacağı istehsal edib? - Baku TV

STAR neft zavodu sentyabrda nə qədər aviasiya yanacağı istehsal edib? - Baku TV

İqtisadiyyat
19 noyabr 2026 142 baxış
Seçilmişlər
icon