İqtisadiyyat naziri dövlət xərcləri ilə bağlı yeniliklərdən danışdı
“Azərbaycan regionda ilk olaraq DİM-lərin icrası istiqamətində görülmüş işlərin yekunu kimi BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna üç Könüllü Milli Hesabat təqdim edib. Növbəti hesabatın 2024-cü ildə təqdim edilməsi planlaşdırılır. Artıq bu istiqamətdə işlər görülür”.
Bunu iqtisadiyyat naziri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədrinin müavini Mikayıl Cabbarov Dayanıqlı İnkişafa dair II Bakı Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu il ölkəmizdə ilk dəfə olaraq BMT-nin İnkişaf Proqramının dəstəyi ilə dövlət xərclərinin DİM-lər ilə əlaqələndirilməsi üzrə metodologiya hazırlanıb:
“Büdcə xərc maddələrinin DİM hədəfləri ilə ilkin əlaqələndirilməsi göstərir ki, 2022 ci ildə icmal büdcənin ümumilikdə 80%-dən çoxu DİM hədəfləri ilə əlaqəlidir. Bu rəqəm 2022-ci il üzrə ümumi daxili məhsulun təxminən 23%-nə bərabərdir”.
#Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi teqi istifadə olunub
- Yeni proqram hasilatla yanaşı, xammalın ölkə daxilində emalını nəzərdə tutur - Baku TV
- Qeyri-neft-qaz sektorunun son illərdəki artım tempi diqqət mərkəzindədir - Baku TV
- İnvestisiya imkanları və regional bağlantı rolu müzakirə olunub
- II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu hansı nəticələrlə diqqət çəkir? - Baku TV
- II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda hansı məsələlər diqqət mərkəzindədir? - Baku TV
