Pleyeri seçin:

Mikayıl Cabbarov "Euronews Turkish"in suallarını cavablandırdı

03 avqust 2025 722 baxış

“Bizim enerji tərəfdaşlığımız möhkəmlənir və SOCAR beynəlxalq miqyasda daha böyük oyunçuya çevrilir”.

Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Euronews Turkish” telekanalına müsahibəsi zamanı bildirib.

Nazir həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti SOCAR-ın regional və qlobal enerji bazarında getdikcə daha çox nüfuz qazandığını vurğulayıb.

O qeyd edib ki, Suriya Azərbaycanın təbii qaz tədarük etdiyi 14-cü ölkə olub.

Təbii qaz nəqlini Suriyanın yenidən qurulması və normal vəziyyətə düşməsi prosesinə əhəmiyyətli töhfə kimi xarakterizə edən M.Cabbarov əlavə edib ki, iqtisadiyyatın normallaşması üçün etibarlı enerji təchizatı həlledici əhəmiyyət kəsb edir. Azərbaycan qazı elektrik enerjisinin daha stabil istehsalını təmin edəcək və milyonlarla insanın tələbatını ödəyəcək.

Nazir bu addımın təkcə kommersiya deyil, həm də diplomatik əhəmiyyət daşıdığını vurğulayıb.

Digər qonşu ölkələrin Suriyanın yenidən qurulmasına dəstək vermə potensialı barədə suala cavabında isə M.Cabbarov bildirib ki, biz öz adımızdan hərəkət edirik, lakin töhfə vermək istəyən digər ölkələrin də səylərini alqışlayırıq.

Qeyd edək ki, avqustun 2-də Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılışı ilə Azərbaycandan təbii qazın Kilis vasitəsilə Suriyaya ixracı başlayıb.

Pul köçürmələri ilə bağlı dəyişiklik | Yeni qayda nə vaxtdan qüvvəyə minəcək? - Baku TV

Pul köçürmələri ilə bağlı dəyişiklik | Yeni qayda nə vaxtdan qüvvəyə minəcək? - Baku TV

İqtisadiyyat
03 oktyabr 2026 722 baxış
Problemli kreditlərin artması bank müştərilərinə necə təsir edəcək? - Baku TV

Problemli kreditlərin artması bank müştərilərinə necə təsir edəcək? - Baku TV

İqtisadiyyat
03 oktyabr 2026 722 baxış
Balaxanı–Sabunçu–Ramana və Kürdəxanı yataqları üzrə yeni şirkət təsis edildi - Baku TV

Balaxanı–Sabunçu–Ramana və Kürdəxanı yataqları üzrə yeni şirkət təsis edildi - Baku TV

İqtisadiyyat
02 oktyabr 2026 722 baxış
SOCAR və Serbiya şirkətləri arasında yeni elektrik stansiyasının inşasına dair saziş - Baku TV

SOCAR və Serbiya şirkətləri arasında yeni elektrik stansiyasının inşasına dair saziş - Baku TV

İqtisadiyyat
02 oktyabr 2026 722 baxış
Azərbaycan və Yunanıstan arasında Hökumətlərarası Komissiyanın VI iclası keçirilib - Baku TV

Azərbaycan və Yunanıstan arasında Hökumətlərarası Komissiyanın VI iclası keçirilib - Baku TV

İqtisadiyyat
02 oktyabr 2026 722 baxış
SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib - Baku TV

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib - Baku TV

İqtisadiyyat
01 oktyabr 2026 722 baxış
Gəlir vergisi yükünün birdən artmaması üçün hansı tətbiq qaydası müəyyən edilib? - Baku TV

Gəlir vergisi yükünün birdən artmaması üçün hansı tətbiq qaydası müəyyən edilib? - Baku TV

İqtisadiyyat
01 oktyabr 2026 722 baxış
SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi birinci oldu - Baku TV

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi birinci oldu - Baku TV

İqtisadiyyat
30 sentyabr 2026 722 baxış
"Kredit faizində enişlər olsa idi..." | Banklardakı artıq vəsait faizlərə təsir edəcək? - Baku TV

"Kredit faizində enişlər olsa idi..." | Banklardakı artıq vəsait faizlərə təsir edəcək? - Baku TV

İqtisadiyyat
30 sentyabr 2026 722 baxış
SOCAR-ın prezidenti "MAIRE Group"un baş icraçı direktoru ilə görüşüb - Baku TV

SOCAR-ın prezidenti "MAIRE Group"un baş icraçı direktoru ilə görüşüb - Baku TV

İqtisadiyyat
30 sentyabr 2026 722 baxış
Seçilmişlər
icon