Pleyeri seçin:
Quba-Xəzəryanı regionunda 2D seysmik kəşfiyyat işləri planlaşdırılır - Baku TV
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Kanadanın “Gran Tierra Energy” şirkəti ilə birlikdə Quba-Xəzəryanı neft-qaz regionunun geoloji quruluşunun dəqiqləşdirilməsi məqsədilə 2D seysmik kəşfiyyat işlərinin həyata keçirmək niyyətindədir.
“Report” SOCAR-a istinadən xəbər verir ki, qeyd olunan işlərin bu regionda yerləşən qurudakı perspektiv sahədə Kəşfiyyat, İşlənmə və Hasilatın Pay Bölgüsü haqqında saziş çərçivəsində yerinə yetirilməsi planlaşdırılır.
Qeyd edilib ki, layihənin icrasının ilkin hazırlıq mərhələsində Quba Rayon İcra Hakimiyyətində görüş təşkil edilib və iştirakçılar görüşdə layihənin həyata keçirilməsi üzrə növbəti addımları nəzərdən keçiriblər.
Kopyalandı
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR-ın prezidenti "MAIRE Group"un baş icraçı direktoru ilə görüşüb - Baku TV
- SOCAR-la müxtəlif şirkətlər arasında sənədlər imzalanıb - Baku TV
- ABŞ-nin investisiya nəhəngi SOCAR-ın hansı layihələrinə maraq göstərir? - Baku TV
- SOCAR, ADSEA və "Esyasoft Holding" arasında anlaşma memorandumu imzalanıb - Baku TV
- Yeni tərəfdaşlıq SOCAR-ın ABŞ-də fəaliyyət dairəsini nə qədər genişləndirə bilər? - Baku TV
