İqtisadiyyat
Pleyeri seçin:
"ƏDV geri al" portalında 2,4 milyona yaxın istifadəçi qeydə alınıb
Azərbaycanda “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan bu il sentyabrın 1-nə qədər “edvgerial.az” portalında qeydiyyatdan keçmiş istehlakçılara 1 milyarddan çox kassa çeki üzrə 461,2 milyon manat, bu ilin yanvar-avqust aylarında isə 99,7 milyon manat ƏDV məbləği geri qaytarılıb.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bu günə qədər alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün “www.edvgerial.az” portalında 2,4 milyona yaxın istifadəçi qeydə alınıb. 8 ayda qaytarılmış vəsaitin 70,3%-i nağdsız, 29,7%-i isə nağd qaydada alınmış mallara görə ödənilib.
Kopyalandı
Seçilmişlər